“Türkiyə hökumətilə Şərqi Aralıq dənizindəki birgə mübarizəmiz böyük əhəmiyyət daşıyır”, E.Tatar

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ersin Tatar Türkiyə hökumətilə birlikdə Şərqi Aralıq dənizindəki haqq və mənfəətlərinin qorunması mövzusunda apardıqları mübarizənin çox əhəmiyyətli olduğunu söyləyib.

1255545

Tatarın Türkiyənin Mersin şəhərində iştirak etdiyi tədbir çərçivəsində Erdemli bələdiyyəsinin sədri Mükərrəm Tollu ilə görüşü olub.

Ersin Tatar görüşdə bu mərhələdə ŞKTC-nin nə qədər əhəmiyyətli bir dövlət olduğunun ortaya çıxdığını bildirərək deyib ki, hazırda Şərqi Aralıq dənizində karbohidrogen, neft və qaz mübarizələri yaxud toqquşmaları yaşanır. Xoşbəxtik ki, Türkiyə Cümhuriyyəti, ana vətən həqiqətən oralarda çox iddialıdır. Türkiyə hökumətinin qətiyyətli mövqeyilə qazma fəaliyyətləri davam edir.

Türkiyənin və ŞKTC-nin Türk xalqının haqq və maraqlarını qorumaq üçün işlədiyini ifadə edən Tatar “ŞKTC-nin Türkiyə hökumətilə mavi vətən adlandırdığımız Şərqi Aralıq dənizindəki haqq və maraqlarının qorunmasında apardığımız mübarizə millətimiz və ölkələrimiz üçün böyük əhəmiyyət daşıyır. 1974-cü ildəki Sülh Hərəkatı bu coğrafiyadakı, dünyadaki Türk milləti üçün fövqəladə bir hərəkatdır, 45 ildən sonra bunu bir daha görürük” deyib.

Әlaqәli Xәbәrlәr