Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan “MiQ-29” təyyarəsinin bəzi hissələri tapılıb

Azərbaycan Hərbi Hava Qüvvələrinin gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış “MiQ-29” təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-də axşam saatlarında müəyyən edilib.

1250812

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, aidiyyəti dövlət qurumlarının və xidmətlərin nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi hissələri sudan çıxarılıb.

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.

Әlaqәli Xәbәrlәr