Qırğızıstanın sabiq prezidenti Atambayevin tutulması üçün əməliyyat başlayıb

Qırğızıstanda sabiq prezident Almazbek Atambayevin həbs olunması üzrə əməliyyat başlayıb.

1249652
Qırğızıstanın sabiq prezidenti Atambayevin tutulması üçün əməliyyat başlayıb

Təhlükəsizlik qüvvələri Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin evinə  əməliyyat təşkil edib.

 İyunun 27-də toxunulmazlığına son qoyulan Atambayev keçən ay şahid qismində dindirilmək üçün 3 dəfə polis bölməsinə çağrıldı. Ancaq ifadə verməyi

 "Bu sirkdə oynamayacam" deyib qəbul etmədi.

 Bunun qarşısında təhlükəsizlik qüvvələri keçmiş prezidentin həbs edilməsi üçün onun evinə basqın edib.

 Atambayevin evi və ətrafındakı yollarda təhlükəsizlik tədbirləri görülüb, keçmiş prezidentin tərəfdarları polisə müqavimət göstəriblər.

 Təhlükəsizlik qüvvələrinin Atambayevin evini qoruyan tərəfdarlarına atəş açaraq yaralandıqları bildirilir.

Xatırladaq ki, iyunun 27-də Qırğızıstan parlamenti respublikanın sabiq prezidenti Almazbek Atambayevin toxunulmazlıq statusunu ləğv edib. Onun adı qanun pozuntusu ilə bağlı bir neçə epizodda hallanır. Qırğızıstanın sabiq rəhbəri torpaq sahələrinin təyinatlarının dəyişdirilməsinə kömək göstərməkdə, Bişkek istilik elektrik stansiyasının yenidən qurulması zamanı korrupsiya hallarına yol verilməsində, kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz buraxılmasında, həmçinin Çuy vilayətinin Koy-Taş kəndində ev tikdirmək üçün qanunsuz olaraq torpaq sahəsi almaqda ittiham edilir.



Әlaqәli Xәbәrlәr