“Sülh çeşməsi” hərəkatı

Məqsəd əmin-amanlıq
hədəf terrordur

Şimali Kıbrıs Türk Cümhuriyyətində iki partiya koalisiya hökuməti quracaq

Şimali Kıbrıs Türk Cümhuriyyətində (ŞKTC) Milli Birlik Partiyası və Xalqın Partiyası koalisiya hökuməti qurulması barədə razılıq əldə etdi.

Şimali Kıbrıs Türk Cümhuriyyətində iki partiya koalisiya hökuməti quracaq

Şimali Kıbrıs Türk Cümhuriyyətində (ŞKTC) Milli Birlik Partiyası və Xalqın Partiyası koalisiya hökuməti qurulması barədə razılıq əldə etdi.

Türk Agentliyi Kıbrısın (TAK) xəbərinə görə, ŞKTC-də Milli Birlik Partiyası (MBP) və Xalqın Partiyası ( XP) koalisiya hökumətinin qurulması barədə razılaşdı.

İki partiyabu gün məclisdə hökumət protokolunu imzalayacaq və sonra da Nazirlər kabineti siyahısını prezident Mustafa Akıncıya təqdim edəcək.

MBP-də koalisiya hökuməti qurmaq üçün MBP-nin sədri Ersin Tatara verilən tam səlahiyyət çərçivəsində XP ilə keçirilən görüşlərdən əldə edilən nəticə partiya məclisinə təqdim olundu.

XP isə partiya məclisi görüşlərdən əldə edilən nəticələrin qiymətləndirilməsindən sonra MBP ilə hökuməti qurma qərarı aldı. XP Partiya Məclisi MBP ilə hökuməti qurma qərarına 20 əleyhdə olmaqla 40 səslə yetişdi.

Qeyd edək ki, Şimali Kıbrıs Türk Cümhuriyyətində CTP-nin sədri Tufan Erhürman liderliyindəki dördlü koalisiya hökumətində Maliyyə Nazirliyi vəzifəsini davam etdirən DP-nin sədri Sərdar Dənkdaş 8 mayda nazirlik vəzifəsindən istefaya çıxdığını açıqlamışdı.

Dənkdaşın istefasından sonra HP-nin sədri, baş nazir müavini və xarici işlər naziri Kudrət Özərsay da Xalqın Partiyasının hökumətdən ayrılma qərarına yetişdiyini açıqlamışdı.

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı hökuməti qurma vəzifəsini Ersin Tatara tapşırmışdı.



Әlaqәli Xәbәrlәr