Ankarada Krım tatarlarının deportasiyasına həsr olunan tədbir keçirildi

Krım türklərinin deportasiyasını əks etdirən foto və rəsm sərgisi də açıldı.

Ankarada Krım tatarlarının deportasiyasına həsr olunan tədbir keçirildi

Ankarada keçirilən mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren, Krım türklərinin mədəniyyət və yardımlaşma dərnəyinin sədri Mükrəmin Şahin və başqaları çıxış etdilər.

Tədbirdə deportasiya ilə bağlı sənədli film nümayiş olundu. Krım türklərinin deportasiyasını əks etdirən foto və rəsm sərgisi açıldı və tədbir bədii hissə ilə davam etdi. 

Qeyd edək ki, 1944-cü il mayın 18-də SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə Krım türkləri Mərkəzi Asiyaya və Urala sürgün olunublar. İnsanlıq əleyhinə olan bu layihənin təşəbbüskarı Anastas Mikoyan, ideya müəllifi Ermənistanın Arxiyepiskopu Gevork Çörəkçiyan olublar. Azərbaycanlı alimlər elmi cəhətdən əsaslandırıblar ki, bu amansız köçürülmə layihəsi 1937-38-ci illərdə “Daşnaksutyun” beynəlxalq terror təşkilatı tərəfindən hazırlanıb. Məqsəd türk mənşəli xalqların Qara dəniz ətrafından və Cənubi Qafqazdan çıxarılması olub. Sonralar azərbaycanlıların Qərbi Azərbaycandan qovulması bunu bir daha sübut edib. Tarixi mənbələrdən məlum olduğu kimi, 150 il ərzində çar Rusiyası, sonra isə sovet imperiyası tərəfindən Krım tatarlarına qarşı müstəmləkə siyasəti yeridilib. 1944-cü ildə son dərəcə qəddarlıqla və qeyri-normal şəraitdə deportasiya olunan 300 minə yaxın Krım türkünün 46 faizindən çoxu yolda və qürbətdə həlak olub.



Әlaqәli Xәbәrlәr