"Onların bu məsələdə Türkiyəyə nəsə söyləməyə heç bir haqqları yoxdur”

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı şərhdə bildirilir...

1195089
"Onların bu məsələdə Türkiyəyə nəsə söyləməyə heç bir haqqları yoxdur”

  Türkiyə Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti idarəsinin ali nümayəndəsi Federika Moqerininin Şərqi Aralıq dənizindəki karbohidrogen axtarışlarıyla bağlı dediklərinə etiraz etdi.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı şərhdə bildirilir:

  “Türkiyənin Şərqi Aralıq dənizindəki karbohidrogen ehtiyatlarına bağlı fəaliyyətləri beynəlxalq hüquqa söykənir.

  F.Moqerininin ölkəmizin Şərqi Aralıq dənizindəki karbohidrogen fəaliyyətilə söylədiklərini rədd edirik.

  Türkiyə əvvəllər də dəfələrlə vurğulayıb ki, bölgədə ən uzun sahilə sahib ölkə olaraq burada öz haqq və mənfəətlərini qoruyacaq. Eyni zamanda, Şimali Kipr Türk Respublikasının (KKTC) Kipr adası ətrafındakı haqqlarını müdafiə edəcək. Bununla bağlı Türkiyə lazım olan hər addımı atmaqdan bu günə qədər çəkinmədi və bundan sonra da çəkinməyəcək.

  Şərqi Aralıq dənizində təhlükəsizlik və sabitliyi məsuliyyətsizcəsinə riskə atan, Kipr adasının ortaq sahibi olan Qıbrız türklərinin təbii qaynaqlar üzərindəki əsl haqqlarını heçə sayan, iş birliyi təkliflərini rədd edən və bütün xəbərdarlıqlarımıza baxmayaraq təktərəfli fəaliyyətindən qalmayan Kipr Rum İdarəçiliyidir (Cənubi Kipr). Şərqi Aralıq dənizi xaricindəki bütün dövlətlər Türkiyə və Qıbrısın bölgədəki enerji tənliyində kənarlaşdırılmamasını qəbul edərsə, Kipr Rum rəhbərliyinə dəstək verməzsə, bu, bölgənin sabitliyi baxımından sağlamfikirli yanaşma olar.

  Bundan başqa, illərdir bu məsələnin həllində addım atmayanların bu gün Türkiyəyə nəsə söyləməyə heç bir haqqları yoxdur.”



Әlaqәli Xәbәrlәr