BMT Yəməndə tərəflərə çağırış etdi

BMT Təhlükəsizlik Şurası Yəməndə tərəflərə 4 ay əvvəl qəbul edilən razılaşmanın “gecikmədən” həyata keçirilməsi üçün çağırış etdi.

BMT Yəməndə tərəflərə çağırış etdi

BMT Təhlükəsizlik Şurası Yəməndə tərəflərə 4 ay əvvəl qəbul edilən razılaşmanın “gecikmədən” həyata keçirilməsi üçün çağırış etdi.

BMT Təhlükəsizlik Şurasının açıqlamasında Yəmən hökuməti ilə Husilər arasında 4 ay əvvəl İsveçin paytaxtı Stokholmda qəbul edilən razılaşmanın hələ də həyata keçirilməməsindən dərin narahatlıq duyulduyu bildirildi.  

Açıqlamada tərəflərin liman şəhəri Hudeydədən əsgərlərini çıxarma mövzusunda qəbul etdiyi razılaşmadan məmnuniyyət duyulduğu və razılaşmanın ikinci mərhələsi olan əsgərlərin yenidən yerləşdirilməsinin də yaxın zamanda həyata keçirilməsinin vacibliyi vurğulandı.

Əsir mübadiləsilə əlaqədar razılaşmanın nəticələndirilməsi üçün daha çox cəhd göstərilməsinin lazım gəldiyi bildirilən açıqlamada tərəflərə dinc vətəndaşların qorunması, beynəlxalq ictimaiyyətə də dünyanın ən böyük humanitar böhranının yaşandığı Yəmənə yardım çağırışı edildi.

Qeyd edək ki, Yəmənli tərəflər BMT-nin himayəsində İsveçin paytaxtı Stokholmda 6-13 dekabr 2018-ci ildə keçirilən məsləhətləşmə toplantılarında əsir mübadiləsi, Hudeydədə atəşkəs, limanlar və Taiz ilə əlaqədar müqavilə imzalayıb.



Әlaqәli Xәbәrlәr