İsraildə koalisiya variantları müzakirə olunur

İsraildə ötən həftə keçirilən parlament seçkilərində az fərqlə ikinci olan Mavi-Ağ İttifaqı baş nazir Binyamin Netanyahu rəhbərliyindəki koalisiya variantı qapılarını bağladı.

İsraildə koalisiya variantları müzakirə olunur

  İsraildə ötən həftə keçirilən parlament seçkilərində az fərqlə ikinci olan Mavi-Ağ İttifaqı baş nazir Binyamin Netanyahu rəhbərliyindəki koalisiya variantı qapılarını bağladı.

  120 yerlik parlament seçkilərində heç bir partiya təkbaşına hakimiyyətə gəlmək üçün lazım olan 61 millət vəkilini qazanmadığı üçün koalisiya danışıqları İsrailin ən önəmli gündəm maddəsi olub.

  Ölkə prezidenti Reuven Rivlin yeni koalisiya hökumətinin kimin başçılığı ilə qurula biləcəyinə qərar vermək üçün seçkilərdə ən çox səs toplayan 11 partiyanın sədrlərini ayrı-ayrılıqda qəbul etməyə başlayıb.

  B.Netanyahunun Likud partiyasının nümayəndə heyətindən sonra Rivlin İsrailin əvvəlki qərargah rəisi Benni Qantz (Benny Gantz) və keçmiş jurnalist Yair Lapidin başçılığı ilə qurulan və seçkilərdə ikinci olan Mavi-Ağ İttifaqı nümayəndələrilə görüşüb.

  İsrailin baş qərargah rəisi Qabi Aşkenazi prezidentə koalisiya hökumətini qurmaq vəzifəsini B.Qantza tapşırmağı təklif edərək deyib: “Mövcud siyasi şərtlər altında Mavi-Ağ İttifaqı Netanyahu rəhbərliyindəki koalisiya hökumətində yer almaq istəmir.”

  Prezident Rivlin Mavi-Ağ İttifaqı heyətindən sonra seçkilərdə üçüncü olan Şas (Şərqli Tövrat Mühafizəçiləri) və dördüncü olan Yəhudi Birləşmiş Tövrat (Yahudot Ha Tora) Partiyası nümayəndə heyətlərini ayrı-ayrılıqda qəbul edib. Bu partiyaların nümayəndələri Netanyahu rəhbərliyindəki koalisiya hökumətində yer almağı üstün tutacaqlarını prezidentə çatdırıb.

  R.Rivlin İsrail vətəndaşı olan fələstinliləri təmsil edən Bərabərlik və Sülh üçün Demokratiya Cəbhəsi (Hadaş) və Dəyişiklik üçün Ərəb Hərəkatının (Taal) yaratdığı alyansın nümayəndə heyətləri ilə də görüşüb.

  Aprelin 16-da isə ölkə prezidenti parlamentə daxil olan digər 6 partiyanın nümayəndə heyətlərini qəbul edəcək.

  Rivlin bütün partiyaların fikirlərini aldıqdan sonra hansı liderin koalisiya hökumətini qurmağa daha yaxın olduğuna qərar verəcək.

  Qeyd edək ki, İsrail qanunlarına görə, 28 gün ərzində hökuməti qurması lazımdır.



Әlaqәli Xәbәrlәr