"Brexit" əleyhinə kampaniyada imza sayı

İngiltərə hökumətini Avropa İttifaqından (Aİ) çıxma (Brexit) prosesini ləğv etməyə çağıran ərizədəki imza sayı 5 milyonu keçib.

1169802
"Brexit" əleyhinə kampaniyada imza sayı

İngiltərə hökumətini Avropa İttifaqından (Aİ) çıxma (Brexit) prosesini ləğv etməyə çağıran ərizədəki imza sayı 5 milyonu keçib.

“50-ci maddəni ləğv et və Aİ-də qalmaqda davam et” başlıqlı ərizədə “Aİ-də qalmaq üçün xalq dəstəyinin gücünü göstərib buna son qoymalıyıq” ifadəsi yer alıb.

İngiltərədə Parlamentə təqdim edilən ərizələrin 10 min imzaya çatması halında hökumət buna cavab vermək məcburiyyətində qalır.

İmza sayının 100 mini ötməsi halında isə ərizədəki tələb Parlamentdə müzakirə olunur.

Qeyd edək ki, İngiltərə 23 iyun 2016-cı ildə keçirilən referendumda 48 faiz səs qarşısında 52 faiz səslə Brexit qərarı vermişdi.



Әlaqәli Xәbәrlәr