Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefa qərarı

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa qərarını elan etdi.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefa qərarı

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa qərarını elan etdi.

Nazarbayev prezident olaraq şəxsi vəzifəsini ləğv edən fərmanı imzaladı.

Nazarbayev dövlət televiziya kanalları vasitəsilə vərdiyi açıqlamada bu gün xalqa müraciətinin xüsusi olduğunu, özü üçün çətin bir qərara gəldiyini bildirərək dedi ki, prezident olaraq səlahiyyətlərimi ləğv etmə qərarına gəldim.”

 Nazarbayev seçkilərə qədər dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri Kasım-Jomar Tokayevin icra edəcəyini açıqladı.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev müraciətindən sonra 20 mart tarixindən etibarən prezident səlahiyyətini ləğv etmə qərarına yetişdiyinə dair fərmanı imzaladı.

Parlamentdə sabah andiçmə mərasimindən sonra prezidentin vəzifəsini Nazarbayevdən təhvil alacaq Tokayev 2020-dək bu vəzifəni icra edəcək.

Nazarbayev 6 iyul 1940-cı ildə Qazaxıstanın Kaskelen qəsəbəsində anadan olub.  

1989-cu ildə Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilən Nazarbayev 1 dekabr 1991-ci ildə səslərin 98,7 faizini qazanaraq Qazaxıstanın prezidenti seçilib.

Nazarbayevin vəzifə müddəti 2020-ci ildə başa çatacaq idi.



Әlaqәli Xәbәrlәr