Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin hesabatını təndiq etdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə vətəndaşlarının Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız səyahət edə bilmələri üçün qalan 6 meyarı qarşıdakı prosesdə tamamlamağı planlaşdırdığını söylədi.

1164327

Mövlud Çavuşoğlu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasətləri üzrə ali nümayəndəsi Federika Moqerini və  Aİ-nın qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Johannes Hahn ilə Belçikanın paytaxtı Brüsseldə birgə mətbuat konfransı təşkil etdi.

Nazir Çavuşoğlu verdiyi açıqlamada terrorla mübarizənin həm Türkiyə həm də Aİ üçün əhəmiyyətli olduğunu, Türkiyənin təhlükəsizliyinin Aİ-nin təhlükəsizliyindən ayrı tutula bilməyəcəyini söylədi.

Avropa Parlamentinin (AP) Türkiyə barəsindəki hesabatını tənqid edən Çavuşoğlu “AP-nın sağlam düşüncəli olduğunu söyləmək qeyri-mümkündür, amma ilk dəfə qebul edilməz həsabat əleyhinə səs verənlərin sayının artdığını görmək AP-da məntiqli siyasi xadim sayının artdığının göstəricisidir” dedi.

Federika Moqerini də “Türkiyə Aİ əməkdaşlığı sadəcə qaçqınlar üçün deyil, Suriyada siyasi həll üçün də əhəmiyyətlidir” deyə bildirdi.

Moqerini terror təşkilatı PKK-nın Aİ-nin terror təşkilatları siyahısında olduğunu və bu mövzunun mübahisəyə açıq olmadığını qeyd etdi.

Әlaqәli Xәbәrlәr