ABŞ İdlib bölgəsində artan gərginliyə görə Rusiyanı günahlandırdı

ABŞ Dövlət Katibliyi Suriyanın İdlib bölgəsində artan gərginliyə görə Rusiya və Bəşər Əsəd rejimini günahlandırıb.

1163940
ABŞ İdlib bölgəsində artan gərginliyə görə Rusiyanı günahlandırdı

ABŞ Dövlət Katibliyi Suriyanın İdlib bölgəsində artan gərginliyə görə Rusiya və Bəşər Əsəd rejimini günahlandırıb.

ABŞ Dövlət Departamentinin sözçü müavini Robert Palladino İdlibdəki son vəziyyətlə bağlı açıqlamasında bildirib ki, ABŞ Rusiya və Əsəd rejiminin hava və topçu atışları səbəbindən İdlib və ətrafında son zamanlarda zorakılığın artmasını dərin narahatlıqla təqib edir. Rusiyanın terrorçuları hədəf götürdüyü iddialarına baxmayaraq bu əməliyyatlar xeyli sayda dinc vətəndaşın həyatını itirməsinə səbəb oldu və sahədə insanların həyatını xilas etməyə cəhd göstərən təcili yardım işçilərini hədəf götürdü. Bu hücumlara dərhal son qoyulmalıdır.

ABŞ-ın prosesi yaxından təqib etdiyini deyən Palladino “Sentyabr 2081-ci il tarixində Türkiyə ilə qəbul etdiyi İdlib atəşkəsinin bir tərəfi olan Rusiya Həma şəhərinin şimalı və İdlibin cənubundakı bu hücumların bütün məsuliyyətini daşıyır” ifadəsini işlədib.

Rusiya və Əsəd rejimini bölgədə zorakılığın azalması üçün keçmişdəki vədlərini yerinə yetirməyə çağıran Robert Palladino Suriyanın ehtiyacı olan bölgələrinə humanitar yardımların çatdırılmasının vacibliyini də vurğulayıb.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın İranın paytaxtı Tehrənda  7 sentyabr 2018-ci il tarixində keçirilən üçlü zirvə yığıncağındakı təklifi qarşısında Ərdoğan və rus həmkarı Vladimir Putin 17 sentyabrda Soçidə İdlibdə atəşkəsi qorumaq üçün bir sıra əlavə tədbirlər barədə razılaşmışdı.

Razılaşmaya görə cəbhə xəttləri boyunca silahlardan təmzilənmiş bölgə qurulmuş, 10 oktyabr 2018-ci ildə müxaliflər həmin bölgədən ağır silahlarını çıxarmışdı.  

Soçi razılaşmasından sonra İdlibdə bir müddət üçün rejim və Rusiyanın hava hücumları sona çatmışdı.

Daha əvvəl evlərini tərk edən təqribən 80 min dinc vətəndaş bölgəyə qayıtmışdı.



Әlaqәli Xәbәrlәr