Ankarada Avropanın ən böyük Şəhər Xəstəxanası istifadəyə verildi

Avropanın ən böyük xəstəxanası olan Ankara Şəhər Xəstəxanası istifadəyə verildi.

1163636
Ankarada Avropanın ən böyük Şəhər Xəstəxanası istifadəyə verildi

Avropanın ən böyük xəstəxanası olan Ankara Şəhər Xəstəxanası istifadəyə vərildi.

Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açılan Ankara Şəhər Xəstəxanası ilə Türkiyə Avropanın ən böyük şəhər xəstəxanasına qovuşdu.

Ankara Şəhər Xəstəxanası Yozgat, Mersin, İsparta, Adana, Kayseri, Əlazığ, Əskişəhir və Manisadan sonra istifadəyə verilən 9-cu şəhər xəstanasıdır.

Xəstəxana kampleksi tamamilə xidmət göstərdiyi zaman gündəlik 30 minə yaxın xəstə qəbulu nəzərdə tutulur.

Cəmi yer həcmi 3 min 633 olan xəstəxanada Türkiyənin ən xüsusi əməliyyatlarının həyata keçiriləcəyi, yüksək gigyena şərtlərində, beynəlxalq standartlarda təçhizata sahib 131 əməliyyatxana yer alır.

Səhiyyə naziri Fəxrəddin Qoca da Bilkəntdə yerləşən Ankara Şəhər Xəstəxanasının açılış mərasimində etdiyi çıxışda “Şəhər xəstəxanalarını dünya səviyyəsində tanınacaq bir marka halına gətirmək əzmindəyik” deyib.  



Әlaqәli Xәbәrlәr