İşğal altındakı Şərqi Qüdsdə 23 min yeni mənzil

İsrailin Baş naziri Benyamin Netanyahu gələcək 5 il ərzində işğal altındakı Şərqi Qüdsdə 23 min yeni mənzil tikiləcəyini bildirdi.

1161543
İşğal altındakı Şərqi Qüdsdə 23 min yeni mənzil

İsrailin Baş naziri Benyamin Netanyahu gələcək 5 il ərzində işğal altındakı Şərqi Qüdsdə 23 min yeni mənzil tikiləcəyini bildirdi.

Netanyahu sosial şəbəkə vasitəsilə yaydığı açıqlamasında deyib: “Qüdsdə təqribən 276 milyon dollar sərmayə qoyularaq 23 min yeni mənzil tikilməsi barədə saziş imzaladıq. Qüds bir yaşayış məntəqəsi deyil, əbədiyyətədək İsrailin paytaxtı və əbədi mövcudluğumuzun 3 min illik bir hissəsidir.”

İsrailin “Kanal 7” televiziyası həmin sazişin Netanyahunun iştirakı ilə Maliyyə Nazirliyi, İsrail Torpaqları İdarəsi və Qüds bələdiyyəsi arasında imzalandığını bildirdi.

İmzalanan sazişə görə, tarixi və yeni Qüds daxilindəki məhəllələr inkişaf etdiriləcək, şəhərin ümumi quruluşu və iş yerləri üçün yeni yerlər ayrılacaq.

Qeyd edək ki, Qüdsün şərqi 1967-ci ildə İsrail tərəfindən işğal edilmiş, 1981-ci ildə isə dövlət torpaqlarına ilhaqı elan olunmuşdu. Ancaq İsrailin bu addımı beynəlxalq ictimaiyyət tərəfindən tanınmadı.



Әlaqәli Xәbәrlәr