İndoneziyalı hava yolu şirkətinin "Boeing" təyyarələrilə bağlı qərarı

İndoneziyada fəaliyyət aparan Lion Hava Yolları Efiopiya Hava Yollarına məxsus  təyyarənin bazar günü düşməsindən sonra almağı planlaşdırdığı “Boeing 737 Max 8”  təyyarənin alınmasını təxirə salma qərarına gəldi.

1162075

“Jakarta Post” qəzetinin xəbərinə görə, ölkədəki aşağı səviyyədə mayiyyəti olan hava yolu şirkətlərindən Lion Hava yolları Qrupunun baş direktoru Daniel Putut Amerikan təyyarə istehsalçısı Boeing firmasına sifarişini vərdikləri və may ayında təhvil almağı planlaşdırdıqları 4 ədəd “B737 Max 8” tipli təyyarənin alınmasını təxirə saldıqlarını açıqladı.  

Efiopiyadakı son “ B737 Max 8” təyyarəsinin qəzasından sonra açıqlama verən Putut rəhbərlik etdiyi firmaya məxsus bu model təyyarənin 29 oktyabrda düşməsilə əlaqədar istintaqın nəticələrini gözlədiklərinə görə belə bir qərara gəldiklərini bildirdi.

Digər tərəfdən İndoneziyanın Nəqliyyat Nazirliyi dünən “B737 Max 8” tipli təyyarənin səfərlərinin müvəqqəti dayandırıldığını açıqlamışdı.

Әlaqәli Xәbәrlәr