Prezident Rəcəb Tayyib Ərdoğan İstiqlal marşının qəbulunun ildönümü ilə bağlı açıqlama yaydı

Prezident Rəcəb Tayyib Ərdoğan İstiqlal marşının ölkənin gələcəyilə bağlı mübarizəsində yiyə durulması vacib olan ruhu,birlik və bərabərlikdən yaranan gücü bu günə gətirən qurucu bir mətn olduğunu bildirdi.

1161136

Ərdoğan 12 mart İstiqlal marşının qəbulu və Mehmet Akif Ersoyu anım günü münasibətilə yaydığı açıqlamada istiqlalın, istiqbalın, millətin əzm və qətiyyətli olmasının  simvolu, Qurtuluş müharibəsinin eynilə manifesti olan və vətən torpaqlarının hər qarışında işğala qarşı mübarizə aparıldığı bir zamanda yazılan İstiqlal marşının ortaq səs, vicdan və ən qiymətli birgə dəyər olduğunu vurğuladı.

Ədoğan açıqlamasında ayrıca bildirdi ki, böyük vətən şairi Mehmet Akif Ersoyun misralarında ən yığcam şəkildə ortaya qoyulan xislətlərimiz, milli və mənəvi dəyərlərimiz, ideyalarımız hazırda ölkəmizə yönələn hər təhdiddə özünü göstərən milli razılaşmanın təməl ünsürləridir. Əziz millətimiz üçünistisnai yerə sahib olan böyük vətən şairi Mehmet Akif Ersoy başda İstiqlal marşımız olmaqla əsərlərilə və fikirlərinə hər zaman hörmətlə xatırlanacaqdır.

İstiqlal marşının qəbul edilməsinin 98-ci ildönümündə Mehmet Akif Ersoy başda olmaqla İstiqlal mübarizəmizin bütün qəhrəmaanlarını rəhmət və minnətdarlıqla yad edən Ərdoğan bütün vətəndaşları qəlbən salamladığını bildirdi.

Әlaqәli Xәbәrlәr