"Niyə S-400 məsələsində Türkiyənin üstünə bu qədər gəlirlər?" R.T.Ərdoğan

Diyarbəkir şəhərinin Seyrantəpə İdman Salonunda gerçəkləşən Türkiyə Gənclər Fondunun (TÜGVA) V Gənclik Görüşü proqramında iştirak və çıxış edən Ərdoğan deyib...

1160323
"Niyə S-400 məsələsində Türkiyənin üstünə bu qədər gəlirlər?" R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Amerika Birləşmiş Ştatlarının (ABŞ) dərdinin Türkiyənin S-400 hava müdafiə sistemlərini alması deyil, Türkiyənin Suriya başda olmaqla, bölgədəki hadisələri idarə etməkdir."

   Diyarbəkir şəhərinin Seyrantəpə İdman Salonunda gerçəkləşən Türkiyə Gənclər Fondunun (TÜGVA) V Gənclik Görüşü proqramında iştirak və çıxış edən Ərdoğan deyib:  

  “Türkiyə öz ayaqları üzərində qalxmağa başladıqca, haqqı və həqiqəti daha gur səslə ifadə etdikcə bundan narahat olanlar hələ də keçmiş günlər xəyalı ilə bildiklərini etməyə çalışır. ABŞ-ın S-400-lərlə bağlı davranışı bunun bir nümunəsidir. Türkiyənin bu hava müdafiə sistemini nə üçün aldığı, hansı şərtlərdə aldığı və nə şəkildə istifadə edəcəyi açıq şəkildə ortadadır. S-400-lərin nə NATO, nə F-35 döyüş təyyarəsi layihəsi, nə ABŞ-ın təhlükəsizliyi ilə əlaqəsinin olmadığını da bilirlər. Onda bəs niyə S-400 məsələsində ölkəmizin üstünə bu qədər gəlirlər? Çünki əslində məsələ S-400 deyil, Türkiyənin Suriya başda olmaqla, bölgədəki hadisələri öz iradəsilə idarə etməsidir. Amma Türkiyə bu yoldan heç vaxt geri dönməyəcək. Çünki bir zaman ölkəmizin ərazisinə terrorçuların əli ilə raket və bombaları yağdırmalarını unutmadık."



Әlaqәli Xәbәrlәr