“Rusiya ön şərt olmadan İsrail-Fələstin yığıncağına ev sahibliyi edəcək”, S.Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ön şərt olmadan sülh prosesinin müzakirə olunacağı İsrail-Fələstin yığıncağına ölkəsinin ev sahibliyi edəcəyini bildirdi.

1157019
“Rusiya ön şərt olmadan İsrail-Fələstin yığıncağına ev sahibliyi edəcək”, S.Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ön şərt olmadan sülh prosesinin müzakirə olunacağı İsrail-Fələstin yığıncağına ölkəsinin ev sahibliyi edəcəyini bildirdi.

Sergey Lavrov Körfəz ölkələrini əhatə edən səfəri çərçivəsində bu ölkənin Xarici Əlaqələr üzrə Dövlət naziri Adil əl-Cubeyr ilə İsrail-Fələstin sülh prosesi, Suriyadakı vəziyyət, terror və ekstremizm kimi mövzuları müzakirə edib.

İsrail-Fələstin sülh prosesinə toxunan Lavrov ölkəsinin bu prosesin müzakirə olunacağı bir Fələstin-İsrail yığıncağı təşkil edəcəyini söyləyib.

Lavrov “İsrailin bizimlə əlaqədə olmasına görə Rusiyanın ev sahibliyində ön şərt olmadan sülh prosesinin müzakirə olunacağı yığıncaq keçirilməsi barədə Fələstin rəhbərliyilə razılaşdıq” deyə bildirib.  

Fələstin rəhbərliyinin yığıncaq üçün hazır olduğunu, İsrailin isə hələ də bir tarix vermədiyini bildirən Lavrov bir tarix açıqlanacağı təqdirdə İsrailin qərarına müsbət cavab verməyə hazır olduqlarını qeyd edib.

Lavrov bildirib ki, İsrail-Fələstin sülh prosesində davam edən durğunluq iki dövlətli həll prosesi əsasında sülhməramlı metodlarla öz həllini tapa bilər. Ərəb Sülh Planını yan keçmə cəhdlərilə yanaşı, ABŞ-ın İsrail-Fələstin məsələsinə həll yolu tapmaq məqsədilə hazırladığı “Əsrin müqaviləsi” planı da var.

Lavrov həmin plana son düzəlişlərin verilməsini gözlədiklərini qeyd edərək, Ərəb Sülh Planından yan keçilməməsi, Fələstin məsələsinə dair beynəlxalq razılaşmaların manipulyasiya edilməməsinin vacibliyinə də toxunub.



Әlaqәli Xәbәrlәr