Türkiyə Somalidə törədilən terror hücumunu qınadı

Türkiyə Somalinin paytaxtı Moqadişuda bu gün törədilən terror hücumunu qınadı.

1155277
Türkiyə Somalidə törədilən terror hücumunu qınadı

Türkiyə Somalinin paytaxtı Moqadişuda bu gün törədilən terror hücumunu qınadı.

Xarici İşlər Nazirliyinin açıqlamasında Moqadişudakı terror hücumunda çox sayda adamın həyatını itirməsi və yaralanmasından kədər duyulduyu bildirilib.

Açıqlamada qeyd edilib ki, bu mənfur hücumu sərt şəkildə qınayır, hücumda həyatını itirənlərə Alllahdan rəhmət, yaralılara təcili şəfa, dost və qardaş Somali hökumətilə Somali xalqına başsağlığı diləyirik.

Qeyd edək ki, Somalinin paytaxtı Moqadişuda otellərdən birinin yaxınlığında minalanmış maşının partladılması və sonra terrorçu qruplarla polis arasında baş verən toqquşma nəticəsində 18 nəfər həyatını itirmişdi. Somali polisi terror hücumunda ən az 40 nəfərin isə yaralandığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr