“DEAŞ ilə mübarizədə qələbə qazandıq”, D. Tramp

ABŞ prezidenti Donald Tramp Suriyada terror təşkilatı DEAŞ ilə mübarizədə qələbə qazandıqlarını bildirdi.

1154786
“DEAŞ ilə mübarizədə qələbə qazandıq”, D. Tramp

ABŞ prezidenti Donald Tramp Suriyada terror təşkilatı DEAŞ ilə mübarizədə qələbə qazandıqlarını bildirdi.

Şimali Koreya lideri Kim Çen İnlə sammitin keçirildiyi Vyetnamdan qayıdarkən Alyaskada olub və buradakı Elmendorf Hava Qüvvələri bazasında Amerikan əsgərlərinə müraciət edib.

Dekabr ayında DEAŞ-ı məğlub etdiklərini və artıq Amerikan əsgərlərinin ölkələrinə qayıdacağını bildirən Tramp Suriyada DEAŞ üzərində ciddi qələbə qazandıqlarını vurğulayıb.

Tramp “ Daimi olaraq Suriyada DEAŞ-ın  “xilafət”i mövzusunda 90-92 faiz eşidirdiniz, artıq bu rəqəm 100 faizdir. DEAŞ-ın nəzarətindəki torpaqların 100 faizini geri aldıq” ifadəsini işlədib.

Suriyadakı amerikalı komandanlarla mövzunu müzakirə etdiklərində “bir həftəmiz qaldı” tərzindəki ifadələri eşitdiyini və özünün də “artıq bunu sona çatdırın” dediyini bildirən Tramp mübarizədə qələbə qazandıqlarını ifadə edib.  

Qeyd edək ki, ABŞ prezidenti Tramp 20 dekabr 2018-ci il tarixində ABŞ əsgərlərinin Suriyadan çıxarılması barədə “Orada olmağımızın yeganə səbəbi DEAŞ idi və onu məğlub etdik” açıqlamasını yaymışdı.



Әlaqәli Xәbәrlәr