BMT Mustafa Akıncı və Nikos Anastasiadisin görüşü barədə açıqlama yaydı

BMT Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı ilə Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadisin Kıbrıs müzakirələrində etimadı artıracaq tədbirlər çərçivəsində elektirik təmin edilməsi, mina təmizlənməsi, sənət əsərlərinin təhvil

1153521
BMT Mustafa Akıncı və Nikos Anastasiadisin görüşü barədə açıqlama yaydı

BMT-nin Kıbrısdakı Yaxşı Niyyət üzrə Missiya ofisi Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı ilə Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadisin Kıbrıs müzakirələrində etimadı artıracaq tədbirlər çərçivəsində elektirik təmin edilməsi, mina təmizlənməsi, sənət əsərlərinin təhvili kimi sahələrdə addım atma qərarı qəbul etdiyini açıqladı.

Ofisin açıqlamasında bildirilib: “ BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Yelizabet Speharın ev sahibliyində baş tutan görüşdə Akıncı ilə Anastasiadis arasındakı müzakirə konstruktiv mühitdə keçirildi. Anastasiadis Akıncıya ehtimal olunan federal quruluşda bir həll yolunda qurucu dövlətlərin səlahiyyətlərinin genişlədilməsi barədəki düşüncələrini çatdırdı və mövzuyla əlaqədar əsas prinsiplər ətraflı şəkildə müzakirə edildi.

Tərəflərin Kıbrıs Rum icması və Şimali Kıbrıs Türk Cümhuriyyətindəki mobil telefon operatorlarının xidmətlərinin Avropadakı bir mərkəz vasitəsilə iki tərəfdə də istifadə oluna və tərəflər arasındakı xəbərləşmənin asanlaşdırala bilməsi üçün addım atılmasına dair qərar qəbul edildiyi bildirildi: “Liderlər tərəflər arasında ‘müvəqqəti müddət üçün elektirik təmin edilməsi’ni əhatə edən 2015-ci ildəki müqavilənin iki tərəfdəki elektirik şəbəkələrinin məhdudiyyət olmadan davamlı olaraq birbirinə rabitəli qalması şəklində nizamlanması və ehtiyac olacağı təqdirdə elektirik daşınmasının təmin olunmasına davam edilməsi barədə də razılıq əldə edildi”.

Liderlərin ayrıca, minasız Kıbrıs cəhdləri çərçivəsində iki tərəfdə də olduğuna inanılan 9 bölgədə mina təmizləmə fəaliyyətləri aparılması üçün də razılaşdığı qeyd edildi.

Açıqlamada o da bildirildi ki, liderlər yaxşı niyyət göstərici olaraq 1974-cü ildən etibarən Kıbrıs Türk tərəfinin nəzarətində olan Kıbrıslı Rum sənətçilərə aid şəkillərin geri verilməsi barədə Kıbrıs Türk tərəfinin qərarını; Anastasiadisin isə Akıncıya Rum kanalının arxivlərində olan, Kıbrıslı Türklərə məxsus 1963-cü ildən əvvəlki səs və görüntü qeydiyyatlarının təhvil verilməsi barədəki Kıbrıs Rum tərəfinin qərarını çatdırdı.



Әlaqәli Xәbәrlәr