Zəlzələ zamanı xəstəxanalar gücləndirilmiş rejimdə işləyib

Fevralın 5-də Azərbaycanın Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində baş verən zəlzələ zamanı xəsarət alan, sağlamlığında problem yarananlar var.

1139681

Azərbaycanın Səhiyyə Nazirliyindən bildirilib ki, Şamaxıda xəstəxana gecə gücləndirilmiş rejimdə işləyib. Altı təcili tibbi yardım briqadası sakinlərə xidmət göstərib. İndiyədək təcili yardım xidmətinə 30 müraciət daxil olub. Xəsarət alanlardan 3-ü travmatologiya şöbəsinə çatdırılıb. Onlardan birinə qol sınığı, digər iki nəfərə isə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Hər üç nəfərə travmatologiya şöbəsində lazımi tibbi yardım göstərilib.

Baş verən digər çağırışlar həyəcanlı vəziyyət nəticəsində təzyiqi qalxan sakinlərlə əlaqədar olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Həyəcandan bir gəncin dili tutulub. Ona ilkin tibbi yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evə buraxılıb.

Qeyd edək ki, fevralın 5-də yerli vaxtla saat 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkanlar qeydə alınıb

Әlaqәli Xәbәrlәr