Ankarada “Azərbaycan həftəsi” keçirildi

Tədbir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Ankaradakı Heydər Əliyev Parkında ucaldılan abidəsinin ziyarəti ilə başladı.

1097860
Ankarada “Azərbaycan həftəsi” keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyə  Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi birgə əməkdaşlıq çərçivəsində noyabrın 26-30-da Ankarada “Azərbaycan həftəsi” keçirdi.

Tədbirdə iştirak etmək məqsədlə SAM, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Xarici İşlər Nazirliyinin əməkdaşlarından, habelə deputatlardan və müstəqil ekspertlərdən ibarət nümayəndə heyəti Ankaraya səfərə gəldi.

Səfər ümummilli lider Heydər Əliyevin Ankaradakı Heydər Əliyev Parkında ucaldılan abidəsinin ziyarəti ilə başladı.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Ankaradakı səfirliyində oldu, səfir Xəzər İbrahimlə görüşdü.

Nümayəndə heyətinin, həmçinin  Prezident Administrasiyasında Rəcəb Tayyib Ərdoğanın müşaviri Tuğba Nur Sönməzlə görüşü oldu. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafına dair müzakirələr aparıldığı bildirildi.

Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzində və Avrasiya İncələmələr Mərkəzində “dəyirmi masa” formatında keçirilən görüşlərdə Türkiyə-Azərbaycan əlaqələrinin siyasi, iqtisadi, təhlükəsizlik aspektləri, eləcə də regionun siyasi arenasında baş verən hadisələrin mövzular müzakirə olunduğu qeyd edildi.

Səfər çərçivəsində SAM “Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda beynəlxalq konfrans da təşkil etdi.

Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzində keçirilən konfransda Milli Məclisin deputatı Musa Qasımlı Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinə oxunaraq, hər iki ölkənin qardaş xalqları arasında da özünü büruzə verdiyini söylədi.

Konfrans Orta Şərq Texniki Universitetinin əməkdaşı Oqtay Tanrısevər və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun keçmiş sədri Necdət Ünüvarın ikitərəfli münasibətlərin inkişafı və perspektivlərinə dair məruzələri ilə davam etdi.



Әlaqәli Xәbәrlәr