“Müzakirələrdən daha yaxşı yol yoxdur, ABŞ müzakirə masasına qayıtmalıdır”, H.Ruhani

İran prezidenti Həsən Ruhani çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyasında çıxış edib.

1056872
“Müzakirələrdən daha yaxşı yol yoxdur, ABŞ müzakirə masasına qayıtmalıdır”, H.Ruhani

“Müzakirələrdən daha yaxşı yol yoxdur”, H.Ruhani

Müzakirələrdən daha yaxşı yol yoxdur. ABŞ devirdiyi müzakirə masasına qayıtmalıdır.

Bunu İran prezidenti Həsən Ruhani çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyasında çıxışı zamanı deyib.

Ruhani 2015-ci ildə qəbul edilən və ABŞ-ın may ayında çıxdığı nüvə proqramı razılaşmasının 10 il davam edən diplomatim cəhdlərin və intensiv görüşlərin nəticəsində əldə edildiyini ifadə edərək, Vaşinqton rəhbərliyinin müzakirə masasına qayıtmasını istəyib.

Dünyada radikal millətçiliyi və ksenofobiyanı güçləndirərək və beynəlxalq qaydaları pozaraq mənfəətini qoruya biləcəyini düşünən idarəcilər olduğunu deyən Ruhani deyib: “Beynəlxalq qaydaları zidd olaraq, bir çox tərəfin barəsində razılıq əldə etdiyi və BMT TŞ tərəfəndən təsdiqlənən bir müqaviləni bozan ABŞ İrandan ikitərəfli müzakirə istəyir. Hanmı meyarlara görə, necə bir dövlətlə danışacağıq? İstənilən dialoq və müzakirə BMT TŞ-nın 2231 saylı qərarına uyğun olmalıdır. ABŞ müzakirə masasına qayıtmalıdır. Sanksiya tətbiq etməməlidir. Razılaşmanı pozan tərəf ABŞ-dır, buna görə də addım özü atmalıdır. Bunun yolu isə sanksiyalara son qoyulmasıdır. Tramp ölkəsinin keçmiş rəhbərlərinin imzaladığı razılaşmaları pozur, mütəxəssislərin fikrinə əhəmiyyət vermir. ABŞ digər dövlətlərdən də razılaşmanı pozmalarını və qanunları tapdalamalarını istəyir. Beynəlxalq təhlükəsizlik məsələsi ABŞ-ın daxili siyasətinin oyuncağı deyildir. BMT heç bir ölkənin məsuliyyətdən imtina etməsinə icazə vərməməlidir. Beynəlxalq təşkilatların laqeydliyi və nüfuzsuz olması dünya sülhünə təhdid ola bilər”.

İranın siyasətinin açıq olduğunu və nə müharibə, nə sanksiya, nə zorakılıq, nə təhdid sadəcə verilən sözlərə və qanunlara sadiq olunmasını istədiyini ifadə edən Ruhani “ABŞ güclü olduğuna görə haqlı olduğunu zənn edir. Ancaq gücdən başa düşdüyü qanunlar deyil zorakılıqdır. ABş-ın sanksiyaları sadəcə İrana qarşı deyil digər ölkə xalqlarına da zərər verir” deyə bildirib.



Әlaqәli Xәbәrlәr