Daha 2 terrorçu  Suriya ərazisində yaxalanaraq Türkiyəyə gətirildi

“Zeytun budağı” əməliyyatı zamanı 2 əsgərin şəhid edilməsi hadisəsinə qarışan YPG/PKK-lı daha 2 terrorçu  Suriya ərazisində yaxalanaraq Türkiyəyə gətirildi.

1057386

Milli Kəşfiyyat İdarəsi (MİT) və jandarm dəstələri tərəfindən yaşalanaraq Hatay şəhərinə gətirilən terrorçular həbs edildi.

Milli Kəşfiyyat İdarəsinin apardığı araşdırmalar nəticəsində terrorçuların etirafları və aparılan dəyərləndirmələr çərçivəsində 9 terrorçu ilə birlikdə eyni hadisədə əli olan daha iki şübhəli Afrinin Raco bölgəsində yaxalanaraq ölkəyə gətirildi.

Şübhəlilər R.B.A ilə R.H.M alınan ifadələrindən sonra həbs edilmələri tələbilə Hatay şəhərində növbətçi sülh cinayət hakimliyinə göndərildi.

Şübhəlilər “silahlı terror təşkilatına üzv olma, “qəsdi olaraq adam öldürmə” və “dövlətin  birliyini və ölkə vahidliyini pozma” cinayətinə görə həbs edildi.

Qeyd edək ki, 9 terrorçu 14 sentyabr tarixində Suriyanın Afrin şəhərində jandarm kəşfiyyat və terrorla mübarizə şöbələri ilə MİT-in fəaliyyətləri nəticəsində yaxalanaraq Türkiyəyə gətirildi və məhkəmədə tutularaq həbs edildi.

Әlaqәli Xәbәrlәr