Netanyahu Suriya ərazisinə edilən hücumların davam edəcəyi siqnalını verdi

İsrail Baş naziri Binyamin Netanyahu "İsrailin təhlükəsizliyi üçün nə lazımdırsa edəcəyik" deyərək Suriya ərazisinə edilən hücumların davam edəcəyi siqnalını verdi.

1056590
Netanyahu Suriya ərazisinə edilən hücumların davam edəcəyi siqnalını verdi

İsrail Baş naziri Binyamin Netanyahu "İsrailin təhlükəsizliyi üçün nə lazımdırsa edəcəyik" deyərək Suriya ərazisinə edilən hücumların davam edəcəyi siqnalını verdi.

Keçən həftə Suriyada bir Rus hərbi təyyarəsinin düşürülməsindən sonra və Moskvanın Əsəd rejiminə S-300 hava müdafiə sistemi vermə qərarı artan Rusiya böhranını müzakirə etmək üçün toplanan İsrail Təhlükəsizlik Kabinetinə Baş nazir Netanyahu başçılıq etdi.

Təxminən 2,5 saat davam edən toplantıdan sonrası verilən açıqlamada israilli nazirlərin Əsəd rejiminin "məsuliyyətsiz rəftarı" nəticəsində vurulan təyyarədə həyatını itirən 15 rus əsgərin ailələrinin yaşadığı kədərləri paylaşdığı ifadə edildi.

Kabinetin İsrail ordusuna "İranın Suriyada yerləşmə cəhdlərinə" qarşı vacib addımları atmağı davam etdirmə və Rusiya ilə koordinasiyanı davam etdirmə təlimatı verdiyi bildirildi.

Yığıncaqdan sonra BMT Baş Məclisinin 73-cü iclasında qatılmaq üçün ABş-ın Nyu-York şəhərinə hərəkətindən əvvəl Tel-Əvivdəki hava limanında mətbuat mənsublarına açıqlama verən Netanyahu "İsrailin təhlükəsizliyi üçün nə lazımdırsa edəcəyik" deyərət Suriyaya hücumların davam edəcəyi siqnalını verdi.

 Digər tərəfdən Təhlükəsizlik Kabineti yığıncağı ilə əlaqəli İsrail mətbuatında yer alan xəbərdə, Baş nazir Netanyahunun nazirlərindən Rusiya ilə olan əlaqələrə dair ictimaiyyətə danışmamaları barədə təlimat verdiyi bildirildi.

Qeyd edək ki, Rusiyaya məxsus İl-20 hərbi təyyarəsi 17 sentyabrda Suriya rejiminə aid S-200 hava müdafiə sistemi tərəfindən düşürüldü və Rusiya İsrailə aid F-16 döyüş təyyarələrinin, İl-20 təyyarəsini qalxan olaraq istifadə etdiyi üçün təyyarənin mərmilərə məruz qaldığını irəli sürdü.

İsrail rəhbərliyi isə təyyarənin Bəşər Əsəd rejiminə aid hava müdafiə sistemi tərəfindən vurulduğu və təyyarənin düşürülməsində Suriya rejiminin məsul olduğunu söyləyərək, Rusiyanın ittihamlarını rədd etdi.



Әlaqәli Xәbәrlәr