21 Sentyabr Beynəlxalq Sülh Günüdür

21 sentyabr - Hitler Almaniyasının Polşaya hücum edərək müharibəyə başladığı gün keçmiş Sovet Blokunun üzvü olan ölkələrdə və Türkiyədə Beynəlxalq Sülh Günü kimi qeyd olunur.

1053898
21 Sentyabr Beynəlxalq Sülh Günüdür

 

21 sentyabr - Hitler Almaniyasının Polşaya hücum edərək müharibəyə başladığı gün keçmiş Sovet Blokunun üzvü olan ölkələrdə və Türkiyədə Beynəlxalq  Sülh Günü kimi qeyd olunur.

II Dünya müharibəsindən sonra  Birləşmiş Millətlər Təşkilatının yaradılması  bir çox müharibənin baş verməsinin və yayılmasının qarşısını aldı.

Buna baxmayaraq, yenə də zaman - zaman regional münaqişələr və müharibələr olur.

 Birləşmiş Millətlər Təşkilatı qurularkən 5 üzv ölkə bərabərlik prinsipini pozaraq  BMT Təhlükəsizlik Şurasını yaratdı.

 Bu vəziyyətə bir çox ölkənin etiraz etməsinə rəğmən Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı 5 olaraq qalır.

Fələstin münaqişəsində olduğu kimi bu 5 üzvdən birinin veto qoyması birgə qərarların qəbul olunmamasına səbəb olur.

Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın: "Dünya beşdən böyükdür" ifadəsi son illərdə daha çox dəstəklənir.

 Dünya Sülhünün qorunmasında  böyük əhəmiyyət kəsb edən Birləşmiş Millətlər Təşkilatının bərabərhüquqlu və bitərəf struktur kimi  Dünya Sülhünə xidmət etməsini arzu edirik.

21 Sentyabr Beynəlxalq Sülh Gününüz mübarək olsun.



Әlaqәli Xәbәrlәr