“Qorxu: Tramp Ağ Evdə” kitabı satış rekordu qırdı

Amerika ictimaiyyətində mübahisələr yaradan Bob Vudvordun “Qorxu: Tramp Ağ Evdə” adlı kitabı satışa təqdim olunduğu 24 saatda 750 mindən çox satılaraq öz sahəsində bir rekorda imza atıb.

1048568
“Qorxu: Tramp Ağ Evdə” kitabı satış rekordu qırdı

Amerika ictimaiyyətində mübahisələr yaradan Bob Vudvordun “Qorxu: Tramp Ağ Evdə” adlı kitabı satışa təqdim olunduğu 24 saatda 750 mindən çox satılaraq öz sahəsində bir rekorda imza atıb.
 
Kitabın naşiri Simon Şuster tərəfindən verilən məlumatda bildirilib ki, dünən satışa təqdim olunan kitab ilk 24 saatda 750 mindən artıq satıldı və bu sahədə uzun zamandır görünməmiş ciddi bir uğurun əldə edildiyi qeyd olunub. Nəşriyyatının rəhbəri Conatan Karp, kitabın uğuru ilə bağlı, "Bu, mədəni bir fenomendir. İnsanların bu mövzuda böyük bir iştahaya sahib olduğu çox açıqdır" deyib.
ABŞ-ın aparıcı kitab mağazalarından Barnes&nobles də kitabın 2015-ci ildə çap olunan "Zikr Ağacının Kölgəsində" (Go Set a Watchman) adlı romandan sonra ən sürətli satılan kitab olaraq qeydlərə girdiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Trampın prezidentliyinin ilk ilini izah edən Maykl Wolff imzalı "Atəş və Qəzəb: Tramp Ağ Evinin İçindən" adlı kitab da yanvar ayında intensiv mübahisələrə səbəb olmuş, Tramp kitabın dərc olunmaması üçün nəşriyyat evinə xəbərdarlıq məktubu göndərmişdi.

Ağ Evin nümayəndəsi Sarah Sanders kitabın "qurma olan dəyişik hekayələrdən ibarət olduğunu" və yanlışlarla dolu olduğunu" irəli sürdü.

Tramp da müxtəlif zamanlarda verdiyi açıqlamalarda Vudvordun kitabının "qurma" iddialarla dolu olduğunu bildirdi. 



Әlaqәli Xәbәrlәr