Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başladı

Azərbaycan prezidenti Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət etdi.

957963
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başladı

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başladı.

 Prezident İlham Əliyevi Ankara Eseboğa hava limanında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digər rəsmi şəxslər qarşıladı.

Azərbaycan prezidenti Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət etdi.

Qonaq dövlət başçısı H. Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr