PYD/YPG Terror Təşkilatına Qatılan Xarici Döyüşçülər İlə Əlaqəli Məlumat

YPG/YPG terror təşkilatına ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Niderland, Hollandiya, Uzaq Şərq ölkə vətəndaşları başda olmaqla dünyanın hər tərəfindən iştirak edənlər oldu.

923295
PYD/YPG Terror Təşkilatına Qatılan Xarici Döyüşçülər İlə Əlaqəli Məlumat

 DEAŞ-a qarşı mübarizə etdiyi üçün qərb ölkələri yanında rəğbət qazanan terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması PYD/YPG, uzun müddət DEAŞ-ın mühasirəsində olan ‘Əyn Əl-Ərəb’ qəsəbəsinə  etdiyi hücumuna və daha sonra da ABŞ-ın dəstəyi ilə qarşıdurmalarda qalib gəldiyinə görə, beynəlxalq arenada etibar qazandı. Bölgədə DEAŞA qarşı vuruşacaq nizamlı quru qüvvə olmaması, xüsusilə qərblilərin başlarını kəsildiyinə dair görüntülərin yayılması, PYD qruplaşmasına simpatiyanın artmasında təsirli oldu. Beləcə PYD-nin "hərbi" qolu YPG/YPG terror təşkilatına ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Niderland, Hollandiya, Uzaq Şərq ölkə vətəndaşları başda olmaqla dünyanın hər tərəfindən iştirak edənlər oldu.

Suriya İnsan Haqları Rəsədxanasının (SOHR) məsələ ilə əlaqəli 11 İyun 2015-ci il tarixli hesabatında; Avropa, Avstraliya, Şimali və Cənubi Amerika qitələrindən 400-ə qədər döyüşçünün DEAŞ-a qarşı mübarizə aparmaq üçün YPG cərgələrinə qoşulduqdan sonra Rəqqa, Haseke və Hələbdə yerləşdirildikləri, məhz Türkiyə və İrandan da minlərlə Kürd gəncinin bölgəyə getdiyi qeyd edilmişdir.

May 2015-ci il tarixində Marksizm- Leninizm Kommunist Partiyanın (MLKP) Rasulayn şəhərində ilk batalyonunu formalaşdırdığı və xeyli sayda  xarici ölkə vətəndaşı döyüşçü topladığı ifadə edilən hesabatda, məlum partiya mənsubu 8 nəfərin Əyn Əl-Ərəb qəsəbəsi və Hasekedə DEAŞ-a qarşı mübarizə zamanı öldüyü, onlardan birinin Almaniya vətəndaşı bir qadın olduğu vurğulanmışdı.

 Digər tərəfdən, YPG tərkibində “Rojava Aslanları” adı verilən və yalnız əcnəbilərdən ibarət olan döyüşçülər iştirak edir. Ancaq onların sayı haqqında konkret məlumat yoxdur. Aralarında ABŞ, Almaniya, Avstraliya və Böyük Britaniya vətəndaşların da olduğu bu döyüşçülərin  hamısı könüllüdülər. Ancaq bir çox muzdlu əsgərin də terrorçulara qoşulduğu məlumdur. Əksəriyyəti ABŞ Vətəndaşı olan əcnəbi terrorçular ilə əlaqəli mediayda əks olunan və diqqətləri cəlb edən başqa bir məqam isə, bir İsrailli keçmiş hərbçinin də YPG qruplaşmasına qatıldığına dair məlumatlardır. Bununla yanaşı, bölgədə YPG nəzdində vuruşan ‘mərkəzi Ukrayna olan bir Yəhudi təriqət üzvünün DEAŞ-dan azad edilən yerlərdə divarlara İvrit dilində yazılar yazdığı təsbit edilmişdir.

Qeydlərə keçirilmiş toqquşmalarda öldürülən əcnəbi terrorçular arasında iştirak edən Dilsoz Bahar ləqəbli Almaniya vətəndaşı Kevin Jochim, Almaniya təhlükəsizlik orqanlarının məlumatına görə radikal sol təşkilatı üzvü idi. Almaniyadan, Avaşin Tekoşin Günəş ləqəbli Marksizm-Leninizm təşkilatı üzvü İvana Hoffmann da YPG sıralarında vuruşmuş bir terroristdir. Terrorçuların yanında döyüşmüş və öldürülmüş olan başqa ölkələr vətəndaşları isə belədir:

 Ashley Conson və Reece Harding (Avstraliya), Keyt Broomfield (ABŞ) və Yunan əsilli Konstandinos Scurfield (İngiltərə).

Aparılan bir araşdırmanın nəticəsinə görə YPG terror qruplaşmasına qatılan ABŞ vətəndaşlarının əksəriyyəti Amerika ordusunun keçmiş mənsublarıdır. Buna görə YPG nəzdində döyüşən Amerikalıların 68%-nin keçmişdə ABŞ ordusunda fəaliyyət göstərdikləri qeyd edilir ki bu da əcnəbi terrorçuların hərbi təlimli olduqlarının göstəricisidir. “Ancaq mətbuatda əks olunan bəzi xəbərlərdə, YPG yanındakı xarici döyüşçülərin müharibə təcrübəsi olmadan meydançalara buraxıldığı irəli sürülür”. Avqust 2016-cı tarixli bir xəbərdə, daha əvvəl YPG üçün vuruşan Almaniyalı bir terroristin bu sözlərinə diqqət çəkilib: YPG yanındakı əcnəbilərin əksəriyyətinə iki həftə hərbi təlim keçilir. Bunlar kifayət qədər tibbi yardımlardan məhrum edilirlər. Buna görə xüsusiylə Menbiç əməliyyatında yaralanan əcnəbilərin çoxu öldü. ABŞ vətəndaşı bir başqa xarici terrorçu isə müsahibəsində Menbiç əməliyyatında iki Amerikalının öldüyünü bildirmiş, ölkəsinin Fərat Qalxanı əməliyyatına dəstəyinin "Kürdlərə xəyanət" olduğunu irəli sürmüşdü. Bütün bu etiraf və ifadələrə baxdıqda, YPG yanında vuruşan və sayı müəyyən olmayan əcnəbi terrorçuların öldüyü başa düşülür.

 Digər tərəfdən, yaxın dövrdə, (24 və 27 Yanvar 2018-də), xüsusilə Afrinde YPG qruplaşmasına qoşulan xarici döyüşçülərlə əlaqəli CNN və Nyu-york Taymsda əks edən xəbərlərdə:

*Fransa, Britaniya, Amerika və Çin daxil olmaqla dünyanın bir çox yerindən gəlib Suriyada YPG cərgələrinə qoşulan xeyli sayda "xarici döyüşçü" var. Bu terrorçular deyirlər ki, öz müstəqil dövlətləri olmayan Kürdlər illərdən bəri yadlaşdırılırlar. Onlara yardım məqsədiylə bu ərazilərə gəldik.

*Kürd "milislər" sosial mediadan fəal istifadə edirlər. mütəmadi olaraq məlumat bölüşürlər. Onalar sadəcə müharibəyə yox, muxtar bir Kürd cəmiyyətə diqqət çəkirlər. Hərəkətlərini "Rojava inqilabı" adlandırırlar.

*Xarici döyüşçülər əvvəlcə internet üzərindən YPG-nin bir nümayəndəsi ilə əlaqə yaradırlar. Sonra şifrəli danışıqlara davam edərək bölgəyə keçid planları hazırlanır və sonda səyahət İraqın şimalından reallaşdırılır.

*YPG-nin sözçüsü Nuri Mahmud konkret sayı bildirməkdə çətinlik çəksə də, təşkilatın tərkibində düjün -düjün əcnəbi olduğunu açıqlayır.

*ABŞ dövlət departamenti də Kürd milislərə iştirak etmək üçün Suriyaya gedən ABŞ vətəndaşlarının sayı haqqında konkret məlumat vermir.

*YPG-nin Afrindeki Sözçüsü Brusk Hasaka isə terror təşkilatı tərkibində 150 əcnəbi döyüşçü olduğunu, onların Amerika, Britaniya, Yaponiya, Əlcəzair və Çin vətəndaşı olduqlarını, Afrində könüllü olaraq toqquşmalara qatılmaq istədiklərini qeyd edir.

 *YPG-nin xarici əlaqələr üzrə bir koordinatoru ötən İl Dekabrda CNN-ə verdiyi müsahibədə, 2014-cü ildən bəri təxminən 300 könüllü döyüşçü təşkilatın silahlı üzvlərinə qatıldığını, 500 könüllü əcnəbinin isə mülki vəzifələrdə iştirak etdiyini deyib.

*Bütün bunlar göstərir ki, Qərbin bir çox media quruluşu PYD/YPG terror təşkilatına qatılan xarici terrorçu ilə müsahibə götürür.

*Fərqli media quruluşlarına müsahibə verənlərin ‘bir hissəsi təhsil həyatında uğursuz, cəmiyyət həyatında isə etibarsız, Marksizm-Leninizm sol qruplar ilə əməkdaşlıq etmiş, onlarla əlaqə yaratdıqdan sonra bir və ya ay  yarım müddətlə silah təlimi keçmiş, Kürd Dilində, tarix, ideologiya, siyasət və jineoloji dərslə almış, Yaşadıqları məkanların divarlarını quldurbaşçısı Öcalanın şəkilləriylə bəzəmiş quldurlar, bir hissəsi də terrorbaşçısı Öcalanın bildirişini oxuduqdan sonra, Henri Jackson Dərnəyinin arayışında da diqqət çəkildiyi kimi ideoloji, pul əldə etmək və ya insan öldürmək kimi səbəblərlə PYD/ YPG terror təşkilatına qatılanlardır’. Bəs demək olar ki bu şəxslərin ciddi pisixalogiya problamləri var. *Bu səxslər İnternet üzərindən PKK/PYD ilə əlaqə yaratdıqdan sonra özlərinə şifrəli bir email unvanı göndərildiyini və bölgəyə necə çatacaqları haqqında ətraflı məlumat verildiyini də ifadə edirlər.

*Terror təşkilatına qatıldıqdan sonra çatdıqları bölgələrdə həyət şərtlərinin yüksək, dostluq əlaqələrinin güçlü, vəzifələrinin idrakında olduqlarını, ancaq bir çox vəzifədə rütbəsiz rəhbərlərin olduğunu, zəruri hallarda hər kəsin bərarbər şərtlərdə vəzifə icra etdiyini, Suriyanın şimalında sosialist rejim qaydalarının hökm sürdüyünü,

*Demokratik konfederalizmin ən yaxşı nümunəsinin PKK/PYD-də hökm sürdüyünü, təşkilatda qadın və kişi bərabərliyinə üstünlük verildiyini irəli sürürlər.

 *PYD/YPG-nin Bir çox Avropa ölkəsi tərəfindən terror təşkilatı qəbul edilməməsi, təşkilata qoşulduqdan sonra ölkələrinə qayıdanların cəzalandırılıb və ya cəzalandırılmamaları mövzusunda namüəyyənlik yaratdığını qeyd edirlər.  Bununla əlaqəli ən aktual hadisə Böyük Britaniyada yaşandı.

Fevral ayının ilk həftəsində mediada əks edən xəbərlərdə, PYD/YPG terror təşkilatına qatılan bir Britaniya vətəndaşının, ölkəsində terrora qarşı mübarizə qanunları çərçivəsində məhkəməyə çıxarılacağı bildirilir. Yenə məsələ ilə əlaqədar xəbərlərdə İngilis polis təşkilatı Scotland Yardın, PYD/YPG terror təşkilatına qatılan keçmiş əsgər Jim Metthewsun terror cinayətinə görə məhkəməyə çıxarılacağını, məhkəmənin qəbul edəcəyi qərarın təşkilata qoşulan digər İngilis vətəndaşlar içində presedent təşkil etməsinin gözlənildiyini açıqladığı bildirilmişdi. Matthewsun, İraq və Suriyada "terror təlim düşərgələrində olduğunu ifadə edən polis, İngiltərə vətəndaşı keçmiş əsgərin bu düşərgələrdə keçdiyi hərbi təlimin ‘terror aktına hazırlıq’ olduğuna diqqət çəkmişdir.

Qeyd edək ki, 14 Fevralda məhkəməyə çıxarılan və pasportu müsadirə edilərək nəhai dindirilişi bir Marta təxirə salınan Matthews, DEAŞ terror təşkilatına qarşı mübarizə bəhanəsi ilə PYD/PKK-ya qatılmış Britaniyalılar arasında, terrora qarşı mübarizə qanunu çərçivəsində mühakimə edilən ilk cinayətkar olmuşdur.



Әlaqәli Xәbәrlәr