FETÖ/PDY-PKK/KCK TEROR TƏŞKİLATLARI  ARASINDAKI ƏMƏKDAŞLIQ

PKK/KCK və FETÖ/PDY terror təşkilatlarının ana hədəfləri fərqli olsa da, ara hədəflərinin üst-üstə düşdüyü məlum məsələdir.

911617
FETÖ/PDY-PKK/KCK TEROR TƏŞKİLATLARI  ARASINDAKI ƏMƏKDAŞLIQ

          PKK/KCK və FETÖ/PDY terror təşkilatlarının ana hədəfləri fərqli olsa da, ara hədəflərinin üst-üstə düşdüyü məlum məsələdir. Xüsusilə, məsələ  FETÖ/PDY-nin 17-25 dekabr 2013-ci il tarixli dövlət çevrilişi cəhdləri, PKK/KCK-nın həll prosesinin müvəffəqiyyətsizliyə düçar edildiyi 22 iyul 2015-ci il tarixindən etibarən seçkilərlə iş başına gələn Türkiyə Cümhuriyyəti Hökumətini qanuni və/və ya qeyri-qanuni  yollarla dağıtmaq istiqamətindəki təşəbbüsləri  kontekstində dəyərləndirildiyində bu təşkilatların fəaliyyətlərinin eyni məqsədə xidmət etdiyi müşahidə olunur.

          Bununla yanaşı, istər 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdindən əvvəl, istərsə də bu cəhddən dərhal sonra ortaya çıxan müxtəlif məlumat və açıqlamalar bu təşkilatların bənzər və mənfur məqsədlərini həyata keçirmək üçün öz aralarında üstüörtülü bir əməkdaşlıq etdiklərinə dair qənaətləri gücləndirir.

A. 15 İyul Dövlət Çevrilişi Cəhdindən Əvvəlki Əməkdaşlığa Dair Məlumatlar

          FETÖ/PDY ilə PKK/KCK arasında ilk görüş 2009-cu ildə Ərbildə keçirilən Abant Platforması vasitəsi ilə baş tutdu. Görüşdə PKK/KCK-nın adından Sabri Ok, Mustafa Karasu, BDP-nin adından Əhməd Türk, Aysel Tuğluk, Altan Tan, BDP-nin Şimali İraq üzrə nümayəndəsi Camal Coşqun, "camaat"-ın adından da Talib Böyük, Camal Bulud və İraqda işləyən jurnalist iştirak etdilər. 1,5 ay sonra yenidən görüş keçirildi. Üçüncü görüş isə Avropanın terror paytaxtı Brüsseldə oldu.

           A. Öcalan tərəfindən tərtib olunan "İmralı Qeydləri" adlı kitabda HDP həmsədri Səlahəttin Dəmirtaş, HDP Ankara millət vəkili Sırrı Sürəyya Öndər və A.Öcalan arasında olan söhbətdən bəhs edilir. Kitabda bu söhbət aşağıdakı şəkildə əksə etdirilir: "S.Dəmirtaş: Əvvəlki görüşdə söylədikləriniz səhv başa düşülərək "camaat"a düşmənçilik və qarşıdurma kimi şərh olundu. Gəlməzdən əvvəl Sırrı Sürəyya onların bəzi nümayəndələri ilə görüşüb. Onlar da bunu tam olaraq başa düşmədiklərini, narahat olduqlarını deyiblər.

S.S.Önder: Bəli, Əkrəm Dumanlı ilə görüşdüm. Bunun səbəbini başa düşə bilmədiklərini, Bahoz Ərdalın "camaat"a qarşı sərt açıqlamalarından sonra da narahat olduqlarını, AK Partiya ilə razılaşaraq özlərinə yönəlmək kimi bir niyyətlərinin olduğunu düşündüklərini bildirdi.

A.Öcalan: “Bahoz Ərdal açıqlamalar verib? Diqqət etmək lazımdır. Əslində, bu dövrdə hər kəs bir-birinə qarşı istifadə edəcəyi dil və üsluba diqqət etməlidir. Camaatla bağlı məsələyə gəlincə, o, dedikləri kimi deyil. Biz onlara Orta Şərqdə demokratik ittifaq da təklif etdik, elə deyilmi? Elə düşmənçiliyimiz filan olmaz. Deyin ki, Güləniı ən yaxşı anlayan yenə mənəm. Hətta özü "sülhdə xeyir var" demişdi. Mən də bu fikirlə razıyam. O da sülhü dəstəkləyir. Orta Şərqdə demokratik bir razılaşma əldə edə bilərik"

         Şanlıurfa Valiliyinin  06.04.2016-cı il tarixli məlumatında:

  • Kəşfiyyat fəaliyyətləri nəticəsində Bahoz (K) M.E. adlı PKK/KCK üzvünün Harran Universitetinin Sosiologiya bölümünün 2-ci kurs tələbəsi və HÖDER-in (Harran Universitedi Tələbə Dərnəyi) üzvü olan H. Ş. adlı şəxs vasitəsilə Mardin şəhərinin Qızıltəpə rayonunda təşkilatın məsul üzvlərinə bir kompas göndərəcəyi barədə məlumat alındıqdan sonra H. Ş.  adlı şəxsin 02.04.2016-ci il tarixində Mardin yolunda dayandırılan avtobusda yaxalandığı, şəxsin ağzında olan kompası udmaq istərkən ələ keçirildiyi;
  • sonra Bahoz (K) M.E. ilə bağlı aparılan araşdırmalarda bu şəxsin PKK/KCK terror təşkilatında yüksək vəzifədə olduğu, təşkilatın adından keçiriləcək fəaliyyətləri, aksiya təlimatlarını və fəaliyyət hesabatlarını kuryer vasitəsilə çatdırdığı, canlı bomba aksiyası keçirə biləcək bacarığa malik olduğunun müəyyənləşdirildiyi;
  • PKK/KCK terror təşkilatında kuryer olaraq fəaliyyət göstərən H.Ş adlı şəxsin qaldığı evin FETÖ/PDY terror təşkilatına aid olan və İŞIQ evi kimi təbir edilən evlərdən olduğunun müəyyənləşdirildiyi, aparılan ev axtarışlarında PKK/KCK terror təşkilatına aid sənədlərin və PKK/KCK terror təşkilatına aid 5 ədəd kitabla birlikdə Fətullah Gülənə aid 77 ədəd kitabın ələ keçirildiyi,
  • H.Ş İlə birlikdə eyni evdə H.S.-Ş.T .-S.D.-M.S.A. və U.C. adlı şəxslərin qaldıqlarının aşkar edildiyi, sözügedən şəxslərin nəzarətə götürüldüyü, H.Ş.-nin özünü təxminən 5-6 aya qədər əvvəl M.Y. adlı şəxs vasitəsilə Üfüq adı, və ya kod adlı FETÖ/PDY terror təşkilatına mənsub bir şəxs tərəfindən bu evə yerləşdirildiyini bəyan etdiyi, evdə qalan digər şəxslərin H.Ş.-ni evə kimin gətirib yerləşdirdiyini bilmədiklərini, zaman- zaman qaldıqları evə "abi" deyə xitab etdikləri şəxslər tərəfindən tanımadıqları adamların gətirildiyini, gələn  şəxslərin evlərində bir müddət qaldıqdan sonra getdikləri, H.Ş. adlı şəxsin də bu şəkildə gəldiyini və onu daha əvvəl tanımadıqlarını bəyan etdikləri,
  • PKK/KCK terror təşkilatının kuryeri olan H.Ş. adlı şəxsin FETÖ/PDY terror təşkilatının İŞIQ evi məsələsindən məsul olanlar  tərəfindən işıq evinə yerləşdirilməsi , evdə qalanların bu şəxsi daha əvvəllər heç tanımamaları və bu şəxsi evə qəbul etmələri,
  • Sözügedən şəxslər və Bahoz Kod M.E. -H.Ş. BƏKİR kod H.S. - N.S. - S.K. - Ş.T. -S.D. -M.S.A. -U.C. və D.M. adlı şəxslərin nəzarətə götürüldüyü bildirilir.

 

         Jurnalist Səbahəddin Önkibarın 15 iyul dövlət çevrilişi cəhdindən təxminən bir ay əvvəl 08.06.2016 tarixində "Aydınlıq" qəzetinin internet saytında yayımlanan "FETÖ-çü Polis-PKK Əməkdaşlığı" adlı yazısında:

  • FETÖ-cü polislərin PKK-çılara yalnız arxa olmaqla kifayətlənmədiyi, eyni zamanda, aldıqları məlumatları gizlədərək soyqırımların qarşısının alınmasına mane olduqları, ard-arda baş verən İstanbul və Ankara qətliamlarının qarşısının alınmamasının başqa bir açıqlamasının ola bilməyəcəyi,
  • AK Partiya iqtidarının FETÖ ilə mübarizə metodunun yanlış olduğu, FETÖ-çü polis və hakimlərlə onları vəzifəyə təyin etməklə  mübarizə edilə bilinməyəcəyi, onların artıq manqurt, yəni Fətullahın qulları olduğu, onların dərhal işdən çıxarılmalarının ölkənin gələcəyi üçün zəruri olduğu,
  • Başda ABŞ olmaqla, bütün Qərb ölkələrinin Tayyib Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı qərarı, buna nail olmayınca demokratik variantın ortadan qalxaraq çevrilişin gündəməgətirildiyi, bunun mümkün olduğu, şərait yarandıqdan sonra Misirdə olanların bizdə də olacağı, FETÖ-çü əsgərlərə diqqət edilməsinin vacibliyi bildirilir.

          PKK/KCK İcra Şurasının üzvü Duran Qalxan 27.05.2016-cı il tarixində təşkilatın nəzarətindəki MRD NUÇE TV-yə verdiyi müsahibəsində Tayyib Ərdoğanın 2016-cı ilin may ayında hakimiyyətdən uzaqlaşdırılacağına dair məlumat aldıqlarını, belə bir gözləntinin olduğunu lakin kimin necə və nə şəkildə bunu həyata keçirəcəyini bilmədiklərini bildirmişdi.

          PKK/KCK İcra Şurasının həmsədri Cəmil Bayık 03.02.2014-cü il tarixində verdiyi açıqlamada ABŞ-ın “camaat” ilə iş gördüyünü, “camaat”ın  "korrupsiya və rüşvət" məsələsi üzərindən dövlət çevrilişi etməyə çalışdığını, özlərinin “camaat” ilə əlaqə qurmaq istədiklərini, lakin “camaat”ın onlarla əlaqəyə girmədiklərini söyləmişdi.

          PKK/KCK İcra Şurasının Həmsədri Cəmil Bayık 23.12.2014-cü il tarixində verdiyi açıqlamada “camaat” ilə təmas qurmaq istədiklərini, lakin onların istəmədiyini, “camaat”ın münasibətlərini dəyişməyi qarşılarına məqsəd qoyduqlarını, amma “camaat”ın kürd düşməni millətçi bir kursda qalmağa üstünlük  verdiyini, bu səbəbdən də özləri ilə “camaat” arasında bir əlaqənin olmadığını ifadə etmişdi.

           PKK/KCK İcra Şurasının həmsədri Cəmil Bayık 16.03.2015-ci il tarixində verdiyi açıqlamada “camaat”ın bir neçə ay əvvəl PKK ilə əlaqəyə girmək və Qəndilə gəlib söhbət etmək niyyətində olduğunu, “camaat” üzvlərinin:"Gəlsək, bu jurnalistlik səlahiyyətlərini aşan bir vəziyyətə gətirib çıxaracaq" - deyə qeyd etdiklərini, lakin onların bunu qəbul etmədiklərini, “camaat”ın kürd məsələsinə və onun həllinə, PKK-ya  baxış və münasibəini dəyişdiyi  təqdirdə onlarla görüşə və müsahibə verə biləcəklərini bildirdiklərini, ilk növbədə, Fətullah Gülənin açıqlama verməsi ilə bağlı tələblərini irəli sürdüklərini ifadə etmişdi.

           Şanlıurfa/Ceylanpınarda 2015-ci ilin iyul ayında şəhid edilən iki polisin dəfn mərasimində çıxış edən Şanlıurfanın polis rəisi Əyyub Pınarbaşı polisə də sızmış FETÖ-nü günahlandıraraq: "Bu təşkilatın polis qurumlarının içinə sızdırdığı şəxsləri vasitəsilə kəşfiyyat fəaliyyətlərinin zəiflədilməsinə çəhd göstərilib" demişdiş

           PKK/KCK terror təşkilatının rəhbərlərindən Zana Azadi26.04.2016-cı il tarixində Twitter hesabından verdiyi açıqlamada: "F.Güləni sevmədiyimi hər kəs bilir. Amma AK Parti-DEAŞ faşizminin çökməsi üçün inqilabçı xalqların Gülənlə əməkdaşlığı ən doğru qərardır" ifadələrini işlətmişdi.

            PKK terrorçularının Muşda hərbi maşına təşkil etdikləri və 12 əsgərin yaralandığı hücumla əlaqəli olduğu iddia edilən Özcan A. Batmanda yaxalandı. Muşa gətirilən terrorçunun telefonunda FETÖ-nün rabitə məqsədilə istifadə etdiyi Bylock tətbiqinin olduğu bildirilir.

B.15 İyul Dövlət Çevrilişi Cəhdindən Sonrakı Əməkdaşlığa Dair Məlumatlar

             PKK/KCK İcra Şurasının həmsədri Cəmil Bayık 23.07.2016-cı il tarixində verdiyi açıqlamada 50-60 min, bəlkə də daha çox insanın nəzarətə götürüləcəyini, həbs olunacağıni, bunların yaxın ətraflarının və qohumlarının da prosesə daxil ediləcəyini, eyni zamanda, "demokratik qüvvələr"lə kürdlərin də Ərdoğan "diktaturası"na qarşı mübarizə edəcəyini, bu qüvvələrin az olmadığını və mütəşəkkil bir vəziyyətdə ortaya çıxdığı təqdirdə böyük dəyişikliklərin baş verə biləcəyini bildirmişdi.

             PKK/KCK İcra Şurasının həmsədri Cəmil Bayık 23.07.2016-cı il tarixində verdiyi açıqlamada çevriliş cəhdinin FETÖ tərəfindən həyata keçirilməsi ilə bağlıiddiaların tamamilə yalan olduğunu, FETÖ-nün belə bir təşkilatlanmasının olmadığını, FETÖ üzvlərinin aradan qaldırılmasına qanuni don geyindirilməsi məqsədilə bunların söyləndiyini, dövlət çevrilişi cəhdinin yatırılmasına baxmayaraq, hədələrin hələ də davam etməsinin bununla bağlı olduğunu, fövqəladə vəziyyətin buna əsaslandırılaraq elan edildiyini və bunun hərbi vəziyyətdən daha fərqli bir məna daşıdığını ifadə etmişdi.

          "Təqvim" qəzetinin internet saytında 01.08.2016-cı il tarixində dərc olunan xəbərdə ABŞ-ın CNN telekanalına müsahibə verən əliqanlı qatil Fətullah Gülənin xəyanət ortağı PKK-ya da mesaj verməkdən çəkinmədiyi, F.Gülənin CNN-ə müsahibə verərkən yanında Diyarbəkirin Vəkillər Kollegiyasının sabiq sədri Tahir Elçinin ölümündən sonra terror təşkilatı PKK üçün bir simvol halına gələn "4 Ayaqlı Minarə" tablosunun da orada olduğu bildirilir.

          'Yeni Şəfəq' qəzetinin internet saytında 12.02.2018-ci iltarixində dərc olunan xəbərdə "Ankara Qızılayda 37 nəfərin həlak olduğu qanlı hücumu təşkil edən PKK-çı fərari Vahid Ayçilin bacısı Vahidə Kütkütün FETÖ-nün "nikah bacısı" olduğu, ByLock yazışmaları deşifrə edilən şübhəlinin həyat yoldaşı ilə birlikdə təşkilatdakı qızlarla oğlanların görüşlərini təşkil etdiyi, Kütkütün FETÖ-nün Qazi Universiteti qrupunun üzvü olduğu, ByLock-dan istifadə etdiyi, sözügedən proqrama ilk dəfə 11 avqust 2014-cü ildə daxil olduğu, son dəfə 17 fevral 2016-cı il tarixində online olduğu göstərilir.

           FETÖ/PDY terror təşkilatının lideri F.Gülənin 04.02.2018-ci il tarixli "Dirçəliş, Yüksəliş və Asayişin Əsasları"1 adlı çıxışını təhlil edərkən çıxışda Türkiyədə hakimiyyətin əleyhdarı olan qruplara ittifaq qurmaq ismarıcı göndərildiyi, 2019-cu ildə keçiriləcək seçkilərdən əvvəl hakimiyyət əleyhinə böyük bir cəbhə yaradılmağa çalışıldığı qənaətinə gəlmək olar . Türkiyəyə qarşı beynəlxalq strategiyaya əsasən PKK/KCK-FETÖ/PDY-DEAŞ-DHKP/C terror təşkilatlarının 15 iyul dövlət çevrilişi cəhdinə hazırlıq prosesində ortaya qoyduğu əməkdaşlıq nəzərə aldındıqda, F.Gülənin sözügedən çıxışının Türkiyəyə qarşı həyata keçiriləcək yeni həmlənin göstəricisi kimi dəyərləndirilməlidir.

C. Dəyərləndirilmələr

            FETÖ/PDY ilə PKK/KCK terror təşkilatlarının sonrakı dövrlərdə mənfur ortaq məqsədlərini reallaşdırmaq üçün aralarındakı gizli əməkdaşlığı gücləndirməyə istiqamətlənmiş addımları artıracaqları təxmin edilir. Bu baxımdan dövlətin sözügedən terror təşkilatları arasındakı gizli əlaqələri ifşa edərək, bu məsələyə proaktiv/ qabaqlayıcı yanaşma sərgiləməsinin əhəmiyyəti böyükdür.

           PKK/KCK İcra Şurasının həmsədri Cəmil Bayıkın 23.07.2016-cı il tarixindəki açıqlaması nəzərə alındıqda FETÖ üzvü olması, bu terror təşkilatı ilə əlaqədə olması səbəbindən işdən çıxarılan/barəsində istintaq işi açılan şəxslərin ailələrinin də terror fəaliyyətlərində iştirak edə biləcəklərinin düşünüldüyü görünür.

           BTÖ rəhbərinin açıqlaması nəzərə aldındıqda, FETÖ daxilində fəal terror fəaliyyəti aparan heyətlə yanaşı, PKK/KCK-nın “dövlət başçısıRəcəb Tayyib Ərdoğana qarşı olmaq” təməlinə əsaslanaraq FETÖ üzvləri ilə daha mütəşəkkilcəbhə yaratmağı qarşısına məqsəd qoyduğu, bunun bir növ radikal sol terror təşkilatlarını əhatə edən həmlə ola biləcəyi, Xalqların Birləşmiş İnqilab Hərəkatına (HBDH) bənzər bir təşkilatlanma, və ya kəşfiyyat/lojistik mənada bir-birini dəstəkləmə şəklində ola biləcəyi kimi dəyərləndirilir.

          Eyni zamanda, C.Bayıkın eyni tarixdəki digər açıqlamasına diqqət yetirilərsə, FETÖ tərəfdarı olan kütlə üçün 15 iyul dövlət çevrilişi cəhdində xalqa qarşı olan hücumların FETÖ tərəfindən edilmədiyi görüntüsü yaradılaraq hərəkatla təşkilatın gələcəkdə açıq ittifaqa çevrilə biləcək əlaqəsini qoruma yolu ilə irəlilədiyi düşünülə bilər.

         Şanlıurfada 2015-ci ilin aprelində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində PKK/KCK terror təşkilatının üzvü olan bir şəxsin FETÖ/PDY terror təşkilatına aid bir evdə olduğunun müəyyən edildiyi nəzərə alındıqda, PKK/KCK-nın FETÖ/PDY-dən terror aksiyasına hazırlıq mərhələsində kamuflə etmək məqsədilə istifadə etdiyi söylənilə bilər.

         PKK/KCK İcra Şurasının üzvü Duran Kalkanın 27.05.2016-cı il tarixində MED NUÇE TV-yə verdiyi müsahibədə Rəcəb Tayyib Ərdoğanın 2016-cı ilin mayında hakimiyyətdən uzaqlaşdırılacağına dair məlumat aldıqları, belə bir gözləntinin olması, kimin necə və nə şəkildə bunu həyata keçirəcəyini bilmədikləri ilə əlaqədar söylədiklərinin 15.07.2016-cı il tarixində həyata keçirilən dövlət çevrilişi cəhdindən əvvəl səsləndirildiyi nəzərə alındığında, bu açıqlama diqqətçəkən görünür.

         Bu çərçivədə BTÖ-nün 2015-ci ilin avqustundan etibarən özünüidarə elanlarının və 2015-ci ilin dekabrında terror aktlarını şəhər/rayon mərkəzlərində çoxaltmasının, 2016-cı ilin mayından etibarən rayon-şəhər aksiyaları istiqamətində bir strategiya seçməsinin ölkə daxili/xarici təşkilatlanmalar ilə əməkdaşlıqdan/bağlantılardan əldə edilən məlumatlar əsasında uğur əldə etmək məqsədilə edildiyi təxmin edilir.

         Lakin təhlükəsizlik qüvvələri tərəfindən aparılan fəal əməliyyatlar nəticəsində məqsədlərinə nail olmayan terror təşkilatının məyus olduğu görünür. BTÖ-nün növbəti prosesdə meydana gələ biləcək hər hansı bir zəiflik nəticəsində "inqilabçı xalq döyüşü strategiyası"na qoşulanların sayını artırması, silahlanma fəaliyyətlərini  sürətləndiriməsi, strateji əhəmiyyətli bölgələrdə hücuma hazırlıqları çoxaltması mümkündür.

         FETÖ/PDY terror təşkilatının 15 iyul çevriliş təşəbbüsündən sonra PKK/KCK terror təşkilatının Qara dəniz, Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlarını artırdığı müşahidə olunur. BTÖ-nün təhdid və tələblərini "aksiya strategiyası" ilə canlı tutmağı qarşısına məqsəd qoyduğunu söyləmək olar.

 

  1. http://www.herkul.org/bamteli/bamteli-dirilis-yukselis-ve-asayisin-esaslari/


Әlaqәli Xәbәrlәr