"Ərdoğanın Vatikan səfəri qlobal sülhə ümid vəd edir", İ.Kalın

Türkiyə Dövlət Aparatı sözçüsü İbrahim Kalının “Daily Sabah”da çıxan 10.02.2018 tarixli məqaləsindən.

908063
"Ərdoğanın Vatikan səfəri qlobal sülhə ümid vəd edir", İ.Kalın

  Türkiyə başçısı olan Rəcəb Tayyib Ərdoğanın Papa Frensislə görüşü irqçilik, dözümsüzlük, cəhalət və zorakılığın getdikcə artdığı bir dünyada sülh, təhlükəsizlik və dostluğun ortaq fürsəti kimi qarşılanmalıdır.

  Fevral ayının beşində Vatikanda rəsmi səfərdə olan Ərdoğan son 59 il ərzində katolik dünyasının lideri ilə görüşən ilk Türkiyə başçısı oldu.

  BMT Baş Assambleyasında keçirilən Qüds səsverməsindən sonra reallaşan bu səfər Türkiyə və Müqəddəs Papalıq Məqamı arasındakı münasibətlərdə yeni bir səhifə açdı. İki lider, demək olar ki, dünyanın bütün ügndəm məsələlərini müzakirə etdilər.  

  Papa Frensis Türkiyəyə 2014-cü ildə gəlmişdi. Türkiyənin yeni Cümhurbaşkanlığı Sarayında iki lider arasında o zaman da səmimi bir görüş olmuşdu. İndiki Vatikan səfəri də eyni ruhu daşıyırdı.

  İki lider Qüds, müsəlman-katolik münasibətləri, Suriya müharibəsi, qaçqın böhranı, terror, İslamofobiya kimi bir sıra məsələlər haqqında danışdı.

  Türkiyə həm də Suriya böhranı, həm də artan irqçilik və əcnəbi düşmənliyinə qarşı səsini ucaldan əsas ölkələrdən biridir.

  Papa Frensis də vəzifəyə başlayandan bu yana papalıq məqamında fərqli bir liderlik nümayiş etdirdi: mehriban, açıq fikirli və düz sözlü olaraq. Papa Frensis bir tərəfdən katolik kilsəsinin daxili məsələlərilə məşğul olur, digər tərəfdən ictimai ədaləti qlobal miqyasda gündəmə gətirən şəxsdir. Məsələn, irqçiliyə, ayrı-seçkiliyə qarşı səsini qaldırdı və Myanmadakı Rohingya müsəlmanlarının dramı haqqında narahatlıqlarını dilə gətirdi.

  Vatikanın Qüds məsələsilə bağlı dəqiq və sağlam duruşu müsəlman dünyasında məmnuniyyətlə qarşılandı və müsəlmanlarla katolikləri yaxınlaşdırdı.

  Əslində Vatikanın bu davranışı heç də təəccüblü deyil, çünki Qüds, eyni zamanda, xristianlar üçün də müqəddəs bir məkandır. Onlar ABŞ-la İsrailin verdikləri təktərəfli qərarla şəhərin tarixi, dini və diplomatik statusunun dəyişdirilməsini qəbul etmədilər.

  Müsəlmanlar və xristianların bir qismi, xüsusilə, ərəb və müsəlman ölkələrində yaşayanlar Fələstin torpaqlarının İsrail tərəfindən işğalını Müqəddəs Torpaqlardakı sualın əsas səbəbi kimi görürlər.

  ABŞ rəhbərliyinin verdiyi yanlış Qüds qərarı problemin yalnız bir hissəsidir. Daim genişlənən yaşayış yerləri müsəlman və xristian fələstinlilərin zülmə məruz qalması, fələstinli qaçqınların geri dönüş haqqı, Yaxın Şərqdə ədalətli və daimi sülhə nail olmağa yönəldilmiş bütün səylərin altını oymağa davam edir.

  Türkiyə Fələstin məsələsini din, irq və ya torpaqla deyil, ədalətlə bağlı bir məsələ kimi görür. Müsəlman, xristian və yəhudilər üçün sülh, təhlükəsizlik və sabitliyi təmin edəcək tək çözüm qlobal dəstəyə ehtiyac iki dövlətli həllin tam olaraq tətbiqidir.

  Suriya və qaçqın böhranı, Türkiyə, katolik kilsəsi, müsəlman və xristian dünyalarını maraqlandıran bir məsələdir.

  Yeddinci ilinə girən Suriya müharibəsinin ən ağır yükünü Türkiyə daşıyır. Qaçqın böhranı, Avropa ilə yanaşı, bütün qonşu ölkələrə də təsir edir. Suriyadakı xristianlar da müharibənin dəhşətinə məruz qalmışlar. Şimali Suriyadakı Arami/Süryani xristianlarının uşaqlarını da Türkiyəyə qarşı mübarizə üçün PYD/YPG terrorçuları istismar etmişlər.

  Papa Frensisin özündən olmayanlara mesajları artan sağçı hərəkətlərin və yüksələn irqçi meyllərin dominant olduğu bir dövrdə daha çox əhəmiyyət daşıyır.

  Hər hansı bir dini və ya etnik qrupa qarşı aparılan ayrı-seçkilik, eyni zamanda, başqalarının təhlükəsizliyini təhdid edir. İrqçilik dünyaya yol almağa başlasa, onu saxlamağın yolu müşkülə dönəcək, bütün qruplar üçün ciddi nəticələri olacaq.

  Qərbdə yaşayan dinc müsəlman icmalara qarşı günümüzdəki siyasi və fiziki hücumların normal bir vəziyyət kimi qəbul edilməsinə müsəlmanlar qədər qeyri-müsəlmanlar da narahat olmalıdır. Çünki Avropadakı anti-semitizm nəzarətdən çıxmış, nasizm və holokost cinayətlərə yol açaraq utancverici bir dövrə çevrilmişdir.

  Papa Frensis irqçiliyin və İslamofobiyanın yeni formalarını rədd etmək üçün lazım olan əxlaqi və siyasi məsuliyyətə malik olduğunu göstərdi. Bu vəziyyət bütün müsəlmanlar tərəfindən məmnuniyyətlə qarşılanmalıdır. Eyni zamanda, müsəlman siyasi və dini liderlər də müsəlman ölkələrində yaşayan xristian icmalarını qorumaq və onlara dostluq hissi verməyə borcludur.



Әlaqәli Xәbәrlәr