Pentaqondan Afrin açıqlaması

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, polkovnik Rob Manning Afrin məsələsi ilə bağlı Türkiyə ilə davamlı əlaqə saxladıqlarını bildirdi.

899564
Pentaqondan Afrin açıqlaması

 ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, polkovnik Rob Manning gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Pentaqon sözçüsü  Afrində mülki vətəndaşların arasında itkilərin olması ilə bağlı iddialara dair verilən suala bununla əlaqədar əllərində hər hansı bir məlumatın olmadığını bildirdi.

Manning Afrin məsələsi və Münbiç bölgəsində təhlükəsiz qüvvə bölgüsü ilə bağlı Türkiyə ilə davamlı əlaqə saxladıqlarını qeyd etdi.

  Türkiyənin ABŞ qüvvələrinin yerlərini bildiyini xatırladan Manning  koalisiyanın Münbiçdə yalnız Münbiç Hərbi Şurası ilə əlaqəsi olduğunu və Şuranın Münbiçi DEAŞ-a qarşı müdafiə etmək üçün yaradıldığını iddia etdi.

 Anadolu Xəbər Agentliyi müxbirinin ABŞ-ın Türkiyəyə PYD/PKK-çıları Münbiçdən çıxarmağa söz verdiyini, lakin Türkiyənin Vaşinqtonun bu sözünü tutmadığı barədə açıqlamalarına dair verdiyi sualdan sonra  məsələ ilə bağlı söz alan Pentaqon sözçüsü mayor Adrian Rankine-Galloway Münbiçin Münbiç Hərbi Şurasının nəzarətində olduğunu və sözügedən təşkilatın 60 faizinin ərəblərdən, yerdə qalanının isə kürd, Türkmən və xristian suriyalılardan ibarət olduğunu bildirdi.

  Mayor Galloway SDG-nin (PYD/PKK) Münbiç Hərbi Şurasına təlim verdiyini və sözügedən Şuranın yerli xalq tərəfindən seçilən mülki rəhbərliyi təmsil etdiyini qeyd etdi.

 PYD/PKK-nın təriflə bəhs etdiyi Avesta Habur adlı PYD/PKK qadın terrorçusunun Afrində canlı bomba hücumu təşkil etdiyi iddiaları ilə əlaqədar verilən suala Galloway əlində kifayət qədər informasiya olmadığını bildirdi və sözünə belə davam etdi:"Afrində fəaliyyət göstərən kürd qrupları DEAŞ ilə mübarizə koalisiyasının hissəsi deyil. Oradakı kürd qrupları ilə birgə fəaliyyətimiz yoxdur. Orada diqqət mərkəzində tutduğumuz hədəf Orta Fərat vadisinin cənubuna doğru DEAŞ- qarşı aparılan əməliyyatlardır. Oradakı Türkiyə hərbi qüvvələri ilə toqquşan  kürd qruplarının DEAŞ əleyhinə koalisiya ilə heç bir əlaqələri yoxdur".

Mayor Galloway PYD/PKK döyüşçülərinin Münbiçdən və digər ABŞ dəstəkli bölgələrdən Afrinə keçməsi ilə bağlı verilən suala  əllərində bunu təsdiq edən məlumatın olmadığı dedi.



Әlaqәli Xәbәrlәr