"Zeytun Budağı" əməliyyatının 4-cü günü

Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində terrorçulara qarşı apardığı "Zeytun Budağı" əməliyyatının 4-cü günündə terror təşkilatı PYD/PKK-nın Afrindəki mövqeləri atəşə tutuldu.

895272

 Azad Suriya Ordusunun (ASO) birlikləri TSQ-nin dəstəyi ilə Əl Hammam kəndini və ətraf təpələri terrorçulardan təmizlədi.
 
 Hərəkat çərçivəsində Kilis-Hatay sərhəd xəttində yerləşən TSQ birlikləri Afrində müəyyən edilən terror təşkilatı mövqelərini səhər saatlarından etibarən fasilələrlə toplarla atəşə tuturlar.
 
Hataya nəql edilən çox sayda minaatanlar da Suriya sərhədindəki hərbi birliklərə sövq edildi.
 
ASO birliklərinin dəstəklədiyi TSQ qüvvələri dünən Azez qəsəbəsindən əməliyyata başlayaraq strateji əhəmiyyət daşıyan Burseya dağına nəzarəti ələ keçirmişdi.

Әlaqәli Xәbәrlәr