İsveçrə bu dəfə çaşdırdı

Ölkənin köhnə mətbuat orqanlarından olan həftəlik "Die Weltwoche" jurnalı Türkiyəyə 17 səhifəsini ayırıb.

698070
İsveçrə bu dəfə çaşdırdı

  Jurnal üz səhifəsində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şəkilini verərək "Ərdoğan üçün ədalət" başlığı qoyub.

  İsveçrə Federal Məclisində millət vəkili olan jurnalın təsisçisi və baş redaktoru Roger Koppel Türkiyəyə geniş yer verilən bu məqalənin ilk cümlələrində məqsədini belə izah edib: “Diqqət! Bu yazı anti-türk proqnozlarını aradan qaldırmaq üçün qələmə alınıb".

  Ərdoğana qarşı ədalətli olmağa səsləyən Koppel daha sonra məqalədə yazır:

  “Türkiyə terror təşkilatlarının mühasirəsi altındadır. Ərdoğan ancaq vətəndaşlarının demokratik dəstəyinə güvənir. Bu cür mühasirə altında olan Türkiyəyə duruşuna görə hörmət edirəm. Qərbin Ərdoğan əleyhdarları bu ölkənin dalbadal terror hücumlarına tuş gəldiyini unudurmu? FETÖ-nün 15 iyulda törətmək istədiyi çevriliş cəhdinə yüzlərlə adam can vermədimi?

  Unutmayaq ki, Yaxın Şərq ölkələrindən güclü dövlət nüfuzu olan tək ölkə Türkiyədir.

  Türkiyə və Ərdoğana qarşı görüşümüz açıq olmalıdır. Yaxşı niyyətli məsafəni qorumalıyıq.

  Bugünkü Türkiyəni 1923-cü ildə Lozannada ilk qəbul edənlərdən biri İsveçrədir."

  Qeyd edək ki, “Die Weltwoche” jurnalı 1933-cü ildən bu günə qədər fasiləsiz çıxır və həftədə 51 min tirajla çap olunur. Jurnal alman və fransız dillərində də yayınlanır.  



Әlaqәli Xәbәrlәr