Türk Hava Yollarının Beynəlxalq Qadınlar Günü süprizi

Türk Hava Yolları (THY) “8 Mart- Beynəlxalq Qadınlar Günü” çərçivəsində sərnişinlərinə xüsusi xidmətlə sürpriz edib.

687207
Türk Hava Yollarının Beynəlxalq Qadınlar Günü süprizi

Türk Hava Yolları (THY) “8 Mart- Beynəlxalq Qadınlar Günü” çərçivəsində sərnişinlərinə xüsusi xidmətlə sürpriz edib.

THY 8 martda Türkiyə vaxtı ilə saat 00.00-dan tutmuş İstanbuldan hərəkət edən 50-dən artıq təyyarədəki ekonom xidmət sinfi bileti olan qadın sərnişinlər üçün xüsusi hazırlanmış çiçək və özəl konturda biznes xidmət göstərib.

Gün ərzində  200-dən artıq qadın sərnişinə xüsusi xidmət göstərəcək şirkət İstanbuldan uçan bütün qonaqlarına “Beynəlxalq Qadınlar Günündə, sizin xoşbəxtliyiniz üçün” deyə mesaj yazan şokolad ikram edir, təyyarənin içində bugünə məxsus anonslar edilir.

THY bugünə məxsus olaraq iştirak etdiyi dünyanın ən böyük turizm sərgisi İTB Berlin stendində də böyük bir zeytun ağacı yerləşdirib qadın ziyarətçilərdən kağızlara ən sevdiyi qadının adını, onu nə üçün çox sevdiyini və onunla birlikdə uçmaq istədiyi yeri yazacaqları təqdirdə püşk nəticəsində uğur qazanacaq 20 qadına gediş-gəliş bileti hədiyyə edəcək.



Әlaqәli Xәbәrlәr