Qadın diplomatların Türkiyənin xarici siyasətindəki rolu nədir?

Türkiyənin diplomatiyasında qadının rolu...

686359
Qadın diplomatların Türkiyənin xarici siyasətindəki rolu nədir?

Türkiyə qadın diplomatların Türkiyənin xarici siyatəsinin istiqamətləndirilməsində və icra edilməsində təsirli rol götürməsi üstünlük verdiyi mövzular sırasına daxil edib.

Türkiyənin Xarici İşlər Nazirliyindəki qadın səfir sayı 2002-ci ildə 14 idi, bu rəqəm 2017-ci ildə 43-ə çıxıb.

Xarici İşlər Nazirliyindəki 19 direktordan 4-ü qadın diplomatdır.

Xarici İşlər Nazirliyindəki müxtəlif yüksək səviyyəli vəzifələr də qadınlara tapşırılıb. Bu vəzifələrdən Təftiş Heyətinin başçılığını səfir Ayşənur Alpaslan, Təftiş Heyətinə üzv müavini vəzifəsini  isə səfir Sərra Kaləli icra ədir.

Nazirlikdəki 44 direktor müavini postunun 20-ni də qadın diplomatlar tutub.

Türkiyənin diplomatiyasında qadının mövcudluğunu ən çox ortaya qoyduğu sahələrdən biri də karyera məmurluğu postudur.

Nazirlikdə vəzifəli min 796 diplomatik karyera məmurunun 605-i qadındır. Sayı 982 olan peşə məmurlarının 300-ü, sayı 814 olan konsulluq və ixtisas üzrə məmurların da 305-i qadınlardan ibarətdir.



Әlaqәli Xәbәrlәr