Quldurbaşı Fətullah Gülən açıqlamaları ilə özünü ifşa etdi

Türkiyənin Mətbuat-Yayım İnformasiya Müdirliyi tərəfindən aparılan araşdırma ilə Gülənin 15 iyuldan sonra beynəlxalq KİV- lərinə verdiyi müsahibələrdə söylədiyi yalanlar gün işığına çıxarıldı.

558316
Quldurbaşı Fətullah Gülən açıqlamaları ilə özünü ifşa etdi

Türkiyənin Mətbuat-Yayım İnformasiya Müdirliyi tərəfindən aparılan araşdırma ilə Gülənin 15 iyuldan sonra beynəlxalq KİV- lərinə verdiyi müsahibələrdə söylədiyi yalanlar gün işığına çıxarıldı.

Belə ki, Fətullahçı Terror Təşkilatının quldurbaşı Fətullah Gülənin 15 iyul çevriliş cəhdindən dərhal sonra beynəlxalq mətbuat quruluşlarına verdiyi müsahibələrdə söylədiyi yalanlar və ziddiyyətli ifadələr gün üzünə çıxdı.

Çevriliş cəhdinin qarşısını almaq üçün meydanlara axışan yüzlərlə nəfərin şəhid olmasına, minlərləsinin isə yaralanmasına səbəb olan FETÖ-nün quldurbaşı Gülənin illərdir söylədiyi yalanlar üzərində qurulmuş bir təşkilat olduğu bir daha ortaya çıxdı.

FETÖ-nün quldurbaşı Gülənin saysız-hesabsız yalanları

• Terror təşkilatının quldurbaşı Gülən çevriliş cəhdindən sonra 16-17 iyul 2016-cı il tarixlərində “The Guardian, “Financial Times”, “Wall Street Journal” və “The New York Times” kimi etibarlı informasiya vasitələrinə verdiyi müsahibələrdə çevriliş cəhdinin əsas məsulu olduğuna dair həqiqəti ört-basdır etmək üçün keçmişdən bəridir çevrilişlərə görə əziyyət çəkdiyini irəli sürdü. Lakin Gülənin 12 sentyabr hərbi çəvrilişi haqqında daha əvvəl təşkilata bağlı olan “Sızıntı” jurnalında yayımlanan “Son polis mərkəzi” başlıqlı yazısında çevrilişçi əsgərlərə istiqamətli “xızır kimi dadımıza çatdılar” ifadəsini işlətmişdi.

• 31 YANVAR 2005-ci il tarixində “Milliyət” qəzetinə verdiyi müsabihədə isə quldurbaşı Gülən 12 sentyabr  çevrilişinə başçılıq edən Kənan Əvrəni cənnətlik elan etmişdi. Gülən 28 fevral postmodern çevriliş prosesində 16 aprel 1997-ci  tarixində telekanallardan “Kanal D”-də iştirak etdiyi proqramda çevrilişçilərin  "Refah Yol hökuməti"ndən daha demokrat olduğunu irəli sürərək keçmişdən bəridir çevriliş əleyhinə sevgisini  ortaya qoymuşdur.

Seçilmiş hökumətə yönəldilmiş o dövrdə “bacara bilmədiniz, artıq hakimiyyətdən gedin”  açıqlamaları hələ də yaddaşlarda olan FETÖ-nün quldurbaşı beynəlxalq informasiya vasitələrinə çevrilişlərdən əziyyət çəkdiyi imicini də verməyə cəhd göstərdi.

• FETÖ-nün quldurbaşı Gülən 16 iyul 2016-cı il tarixində “The Guardian”, “Financial Times” və “The New York Times” qəzetlərinə verdiyi müsahibələrdə çevriliş cəhdi ilə əlaqəsinin olmadığını ifadə etmiş, 17 iyul 2016-cı il tarixində “Wall Street Journal” və “Vesti TV”-yə verdiği müsahibələrdə isə çevriliş cəhdinin hökumətin bir ssenarisi olduğunu irəli sürmüşdür.  Dalbadal üç gün müddətində beynəlxalq KİV-lərinə müsahibə verən Gülən çevriliş cəhdi haqqında bir gün əvvəl ssenari olduğuna dair açıqlama verməsinə baxmayaraq 18 iyul 2016-cı il tarixində “BBC”-yə  verdiyi müsabihədə bu dəfə çevriliş cəhdinin müxalifət partiyasına yaxın zabitlər tərəfindən həyata keçirilmiş ola biləcəyi yalanını söyləmişdir.

• FETÖ-nün quldurbaşı Fətullah Gülənin 17-25 dekabr və “Həll prosesi” barədə də yalanlar söylədiyi verdiyi son müsahibələrdə daha da aydın ortaya çıxdı. Daha əvvəl 17-25 dekabr prosesi çərçivəsində təşkilatın qeyri-qanuni dinləmələrlə əlaqəsinin olmadığını bildirən Fətullah Gülən 17 iyul 2016-cı il tarixində “Wall Street Journal”a verdiyi müsahibədə isə yaxın zamanadək Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafından məlumat əldə edə bildiyini “dövlət başçısının yaxınlığında olanların çatdırdığı məlumatlara görə” ifadəsi ilə ortaya çıxmış və özünü təkzib etmişdir.

FETÖ-nün quldurbaşı 17-25 dekabrın ərazilərində yaşadığı ABŞ ilə Almaniyanın kəşfiyyat idarələri tərəfindən həyata keçirilmiş ola biləcəyini də irəli sürərək özünü təmizə çıxarmağa cəhd göstərdi.

FETÖ-nün quldurbaşı 15 iyul çevriliş cəhdindən bəridir imkan tapdığı hər an Pensilvanyadakı malikanəsinin qapılarını beynəlxalq  KİV-lərinə açır. Həmin çərçivədə 18 iyul 2016-cı il tarixində “CNN” və “Wall Street Journal”a verdiyi müsahibələrdə  kürd problemi ilə əlaqəli olan “Həll prosesi”nin “xəyanət prosesi” olduğuna dair açıqlama verdi.

Amma quldurbaşı Gülən daha əvvəl 27 yanvar 2014-cü ildə “BBC”-yə verdiyi müsahibədə isə “Həll yolu” prosesi çərçivəsində keçirilən müzakirələrə qarşı olmadığını və dəstəklədiyini bildirmişdi. Oxşar tərzdə  İraqdakı “NRT” telekanalına 4 avqust 2016-cı il tarixində verdiyi müsahibədə isə FETÖ-nün quldurbaşı daha əvvəl həll prosesinə bənzər tərzdə on maddəlik bir təklifi hökumətə təqdim etdiyini  lakin qəbul edilmədiyini irəli sürərək NRT telekanalının izləyici kütləsinin əksəriyyətini təşkil edən kürdlərə yönəldilmiş fitnəkar ifadələr söyləməkdən imtina etməmişdir.

FETÖ-nun quldarbaşı Fətullah Gülən diqqətləri cəlb  edəcək şəkildə daha əvvəl dini ibadətlərindəki donundan da çıxmış görünürdü.

Demək olar ki, bütün ibadətlərində din paltarları geyinən quldurbaşı beynəlxalq KİV-lərə verdiyi müsabihələrində bunların əvəzinə müasir libaslar geyinmiş və yaşadığı iqamətgahın ən sadə (!) otaqlarında çəkiliş aparılmasına icazə verərək , özünün və FETÖ-nün çevriliş cəhdi ilə əlaqəsi olmayacaq qədər sadə və təvazökar şəkildə yaşadığını göstərməyə cəhd etmişdir.

Onun həyatı yalanlar üzərinə qurulub

FETÖ-nün quldurbaşı Gülən özünü nə qədər də beynəlxalq KİV-lərə verdiyi müsahibələrdə  çevrilişdən əziyyət çəkmiş, sülhsevər, dialoq tərəfdarı, təvazökar bir din xadimi kimi göstərməyə cəhd etsə də indiyədək söylədiyi yalanların ortaya çıxmasına mane ola bilmədi.

Türkiyənin son illərdə təcrübə etdiyi kritik proseslərə müdaxilə etməkdən imtina etməyən FETÖ indiyədək “28 fevral postmodern çevrilişi”, “Ərgənəqon”, “Balyoz”, “Tahşiyə” kimi siyasi və ədliyyə prosəslərində dövlət qurumlarına sızan mənsubları vasitəsilə minlərlə insanın həbs edilməsinə səbəb oldu. 15 iyul çevriliş cəhdini isə təşkilatın çirkli və qanlı üzünü bütün dünyaya göstərən ən aşkar proses kimi ortaya çıxardı.

Quldurbaşı Gülənin ziddiyyətli açıqlamaları

1-16 iyul 2016 “Çevriliş cəhdinin mənimlə əlaqəsi yoxdur, çevriliş əleyhinəyəm.” Guardian, Financial Times, New York Times

17 iyul 2016 “Çevriliş iddiası ssenaridir. Ordunu boşaltmaq üçün bu sahədə addım atmış ola bilərlər.” Wall Street Journal, Vəsti TV

18 iyul 2016 “Müxalifət partiyasına simpatiyası olanlar  ola bilər. Millətpərəstlər, milliyətçilər ola bilər.” BBC World, Spiegel Online

18 iyul 2016 “ Bizə yaxın, milli duyğuları təmiz insanlar bu çevriliş cəhdinə aldanmış ola bilərlər.” BBC World, Spiegel Online

2-16 iyul 2016 “Çevrilişlərin əleyhinəyəm. Demokratiyaya, seçkiyə inanıram.” Guardian, Financial Times, New York Times

30 sentiyabr 1980 “Ümidimizin bitdiyi yerdə, xızır kimi dadımıza yetişən Mehmetciyə bir daha salam deyirik.” Sızıntı jurnalı

31 yanvar 2005 “12 sentyabr çevrilişini həyata keçirən Kənan Əvrən cənnətə gedə bilər.” Milliyət

16 aprel 1997 “28 fevral çevrilişini həyata keçirən əsgərlər daha demokratdır…Rifah Yol  hökuməti baca bilmədiniz, hakimiyyətdən əl çəkin” Kanal D

3- 16 iyul 2016 “ABD bu oyuna gəlməz, müasir hüququn əsaslarını yerinə yetirir”

 18 iyul 2016 “Ölkədən çıxarılmaqdan qorxmuram, ABŞ elə qərar versə elə də olar. Beynəlxalq komissiya qurulsun və araşdırsın.” Spiegel Online

4- 27 yanvar 2014 “ Həll yolu prosesindəki müzakirələrin əleyhinə deyiləm.” BBC

18  iyul 2016 “Həll prosesi bir xəyanətdir, təşkilat 2-3 il şəhərlərdə silah yığınağı etdi. Bunu gözdən yayındırdılar. İndi isə Şərqi xabaraya çevirdilər… Türkiyəni bölməyi planlaşdırdılar.”  The Wall  Street Journal, CNN

4 avqust 2016 “Kürd məsələsinə dair əlimizdə hələ də yazılı olaraq qalan on maddədən ibarət bir təklifi dövlət başçısına təqdim etdik, lakin qəbul edilmədi. Şərqi qan gölünə çevirildi.” NRT

5- 17-25 dekabr 2013 “ qeyri-qanuni dinləmələrin bizimlə əlaqəsi yoxdur.”

17  iyul 2016 “17-25 dekabr prosesindən Alman və ABŞ kəşfiyyat idarələri məsul ola bilər.” Wall Street Journal



Әlaqәli Xәbәrlәr