“The Washington Times”: Fətullah Gülən Türkiyə və ABŞ üçün təhlükədir

“The Washington Times” qəzetinin yazdığına görə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fətullah Gülən Türkiyə və ABŞ üçün hələ də təhlükə olmaqda davam edir.

550286

Jurnalist Abraham Vaqner məqaləsində vurğulayır ki, Gülənin mülayim görünüşünün altında şeytanlıq yatır və ABŞ Dövlət Departamenti tərəfindən Gülənin radikal məqsədi onun mülayim danışıqları ilə ört-basdır edilir.

Jurnalist  tərəfdar Dövlət Departamentinin mövqeyinə baxmayaraq Fətullah Gülənin əsl simasının aydın sezildiyini yazır.

Terror təşkilatının Türkiyədə 15 iyulda törətdiyi hadisədən bəhs edən müxbir vurğulayır ki, Gülənin Amerika Birləşmiş Ştatları üçün qıfıl olan Türkiyədə demokratik yolla seçilmiş hökuməti devirməyə çalışdığı ortaya çıxdı.

Abraham Vaqner yazısında qeyd edir ki, orta məktəbdən imam kimi məzun olan Gülənin 25 milyard dollarlıq sərvəti haradan və necə əldə etdiyi məlum deyil.

Fətullah Gülənin idarə etdiyi şübhəli təhsil müəssisələri, qeyri-hökumət və digər təşkilatlardan da bəhs edilən yazıda bildirilir ki, maliyyə məsələlərinə dair Federal Təhlükəsizlik Bürosu daxilində (FBİ) bir neçə dəfə istintaq əməliyyatları aparılıb.

Jurnalist iddia edir ki, Gülən ABŞ-da təhsil fəaliyyətləri sayəsində gənc və uşaqlardan ibarət olan özünəməxsus cəmiyyət yaratmaq məqsədindədir.

Әlaqәli Xәbәrlәr