“The Washington Times”da Fətullah Gülənlə bağlı dərc olunan məqalənin tam mətni

FETÖ/PDY quldurbaşının ABŞ-da yanvar ayında aşkarlanan xain üzü, mülayimlik radikal bir planı gizlədirsə...

550700
“The Washington Times”da Fətullah Gülənlə bağlı dərc olunan məqalənin tam mətni

Gülən hərəkatı Amerika Birləşmiş Ştatları və Türkiyə üçün təhlükə olmaqda davam edir.

Heç kim özünün bütün şübhəli işlərinin dünyaya səpələnəcəyi o an, "Cosby" anını yaşamaq istəməz. Gülən hərəkatının əsas müzakirə mövzusu olan Fətullah Gülən yaxın günlərdə Federal Təhlükəsizlik Bürosunun (FBI) mərifəti ilə üzləşdi.

Məmləkəti Türkiyə olan müsəlman din adamı Gülən yalnız orta məktəb məzunudur. Çox sirrli bir şəxsiyyətdir. “Wikileaks” tərəfindən ifşa edilən yazışmalarda Amerika Dövlət Katibliyi Güləni “radikal islamçı” adlandırmış və “mülayim danışığının altında iyrənc, pis niyyətli və radikal bir planı yatır” qeyd olunur. Onun sərvətinin 25 milyard dollar olduğu,amma Gülənin külli miqdarda olan bu vəsaiti haradan qazandığı da məlum deyil. ABŞ Dövlət Katibliyinin fikirinə qarşı olaraq ən çox diqqəti çəkən tərəfi onun tolerant və çoxmədəniyyətli qanunları mənimsəməsidir. Lakin daha dərindən diqqət edildikdə onun radikalı islamçı olduğu, Amerika Birləşmiş Ştatları və Türkiyəni şəriət ilə idarə olunan ölkələrə çevirmək məqsədini güddüyünü görmək mümkündür.

Gülən Birləşmiş Ştatlarda qeyri-iradi olaraq sürgün həyatı yaşamaqdadır, lakin oradan şübhələri ilə diqqəti çəkən müqaviləli məktəblər, bir-biri ilə əlaqəli qeyri-kommersant təşkilatları və müəssisələrin içində olduğu geniş bir şəbəkəni idarə etməkdədir. Amerika və Türkiyədəki müvafiq qurumların araşdırmalarına görə Gülən Amerikanın Orta Şərqdə sahib olduğu nadir sabit müttəfiqlərindən biri NATO üzvü və DAEŞ-i yox edib İraq və Suriyada sülhü təmin etmək məqsədiylə mübarizə aparan Türkiyədə demokratik yolla seçilən hökuməti açıq şəkildə təhrik etməkdədir və çevirmək üçün plan həyata keçirtməkdədir.

Amerikadakı ən böyük müqaviləli məktəblər şəbəkəsinə sahib olan Gülən vergi ödəyicilərindən milyonlarla dollar əldə edir. Gülən məktəblərinin maliyyə fırıldaqçılıqları ilə bağlı istintaqlar Texas, Louiziana, İllinois, Ohayo və digər ştatlarda hazırda davam etməkdədir və bu istintaqlar FTB (FBI) daxilində həyata keçirilir. Dövlət və yerli təhlükəsizlik orqanlarının hesabatlarına görə Gülən Hərəkatı ona birbaşa bağlı olan və mənfəət güdməyən təşkilat və şirkətlərlə danışıqlar aparır, vergi ödəyicilərindən əldə etdiyi gəlirlərlə saxtakarlıq etməkdədir. Gülən məktəbləri Fətullah Gülənin sahib olduğu ərazilərdə yüksək icarə haqları ödəyir, Gülənə aid obyektlərin tikinti və abadlıq işləri Gülən şirkətləri tərəfindən həyata keçirilir və gənc türklərin Amerika Birləşmiş Ştatlarına girişini asanlaşdırmaq üçün yüksək məbləğlər sərf olunur.

Hamısı mürid olan bu gənclər ixtisaslı və yetərincə təcrübəli olan amerikalı müəllimlərin yerini almaq üçün gətirilir. İddialara görə Amerika uşaqlarını isə mərkəzdə Türkiyənin yerləşdiyi islamçı hərəkata qoşmağa çalışır. Bu islamçı hərəkat bir növ beşinci qol rolunu oynayır, uşaqlar vasitəsi ilə Amerika cəmiyyətinə sirayət edərək ABŞ, Türkiyədə tətbiq etmək istədiyi kimi, şəriət ilə idarə olunan bir dövlətə çevirməyə çalışır. Bu şəxslər 5 mindən çox mübahisəli H-1B vizasına (immiqrantlara verilən viza) sahibdir ki, bu rəqəm isə “Google”da viza sahibi olanların sayından çoxdur. Buna görə də Gülən Hərəkatı üçün müqaviləli şəkildə işləyənlərdən şübhələnilir, insan alverinin qarşısının alınması qanunları çərçivəsində ifadələri alınmaqdadır.

Beləliklə Fətullah Gülən Pensilvaniya Mərkəzi Region üzrə Məhkəməsində açılan Gülən və hərəkatının Türkiyədə siyasi partiya üzvlərinə qarşı və insan hüquqlarının pozulmasıyla bağlı iddia ilə çarpışmaqdadır. Məhkəmə Gülənin bu və ya digər ittihamlarla əlaqədar mühakimə olunması üçün qaytarılmasını tələb edir.

Gülən Hərəkatı Türkiyədə konstitusiyada dəyişiklik etmək və demokratik yollarla seçilmiş hökuməti devirmək məqsədi ilə hakimiyyətin, medianın, ictimai fəaliyyətin, polis orqanları və digər təhlükəsizlik qüvvələrinə sızaraq istəklərini müxtəlif cəhdlərlə həyata keçirtməyə cəhd etdiyi üçün istintaq altındadır. Gülən Hərəkatı tərəfindən manipulyasiya edilmiş Türk prokurorlar, polislər, yüksək rütbəli hərbçilər nəzarətə alınıb, qanun çərçivəsində barələrindəki işə baxılır.

Gülən Hərəkatı yenə ABŞ-da olduğu kimi, Türkiyədə də özünü təhsil infrastrukturu daxilinə yerləşdirir, uşaqları məktəbləri vasitəsilə radikallaşdırır və onların Türkiyənin modernləşmə siyasətini gözdən yayındırmalarını təmin edir - eynilə digər millətlərdə mədrəsələrin etdiyi kimi.

FTB (FBI) dövlət və yerli qanunvericiliklə Gülən Hərəkatının geniş müqaviləli məktəblər şəbəkəsi Amerika vergi ödəyicilərindən saxta yolla aldığı vəsait iddiasını araşdırmasına baxmayaraq xüsusiylə də bu məktəblərdə Amerikalı uşaqlara təhsil verən Türk müəllimlərin məqsədlərinin –ad qoymaq lazım gələrsə, amerikalı tələbələrin İslami doktrina keçərək din dəyişdirmələri araşdırılıb ortaya çıxarılmalıdır. Çünki xeyli sayda bu ixtisasda müəllim var.

Geosiyasi istiqamətdən baxılarsa, genişlədilmiş bir istintaq ABŞ Dövlət Katibliyi Fəthullah Gülən haqqında onsuz da bildiyi şeyləri ortaya çıxaracaq - mülayim danışığını daha mərhəmətli şəkildə əks etdirib, radikal islamçı yönünü gizlətdiyi kimi. Bundan başqa ehtimallara görə Fəthullah Gülənin Türkiyə hökumətini devirməsi cəhdi və müvəffəqiyyətli olacağı təqdirdə Türkiyəni Amerika maraqlarına zidd bir istiqamətə aparacağı aydınlaşacaqdır. Doğrusu, Birləşmiş Ştatlarının dünyanın yüksək mövqeyini tutan bir bölgəsində yer alan NATO müttəfiqliyində Gülenist bir rejimə ehtiyacı yoxdur.

Müəllif: Abraham R. Vaqner

O, Kolumbiya Hüquq Məktəbi və Kolumbiya Universitetinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Məktəbində milli təhlükəsizlik qanunu və kəşfiyyatını öyrədir. Müəllif həmçinin Saltzman İnstitutu Müharibə və Sülh İşlərində təcrübəli araşdırmaçıdır.



Әlaqәli Xәbәrlәr