Fransada zibil yığınları meydana gəlməyə başladı

İşçilər qanun layihəsi geri çəkilənə qədər tətilləri davam etdirmək istəyir. Çünki...

504265
Fransada zibil yığınları meydana gəlməyə başladı

  Fransada iş qanun layihəsinə etiraz məqsədli tətillər zibil toplama mərkəzlərinə də mənfi təsir edib.

  Parisin ən böyük zibil toplama və çevrilmə mərkəzi İvri-Paris təmizlik işçilərini həmkarlar ittifaqlarının çağırışıyla çərşənbə axşamı günündən bu yana iş yavaşladıb.

  Hər gün təxminən 2 min ton zibilin 200 yük maşını ilə daşındığı mərkəzdə ildə 700 min tona yaxın tullantı məhv edilirdi.  

  Hökumətin qanuniləşdirmək istədiyi iş layihəsinə reaksiya göstərən işçilərin başladığı tətil zaman-zaman mərkəzdə böyük zibil yığınlarının meydana gəlməsinə səbəb olur.

  Anadolu Agentliyinin verdiyi məlumata görə, "İşçilər qanun layihəsi geri çəkilənə qədər tətilləri davam etdirmək istəyir. Çünki dövlət və özəl sektorlarda istənilən iş dəyişiklikləri tətbiq edilərsə, işçilərinin xüsusi bir statusu qalmayacaq."

  Xatırladaq ki, mübahisələrə səbəb olan qanun layihəsi təsdiqlənərsə, gündəlik maksimum 10 saatlıq iş müddəti 12 saata çıxarılacaq, iş müqaviləsinə müdaxilə etmək istəyən işçilər işdən atıla biləcək, yarı zaman işçilərin həftəlik 24 saat olan minimum iş müddəti salınacaq, çox işlərə daha az ödəniş ediləcək.



Әlaqәli Xәbәrlәr