• Video Qalereya

Türkiyənin Afrin uğurları görüntülərlə

  Üçüncü gününə girən Zeytun Budağı Hərəkatında hədəflər tam olaraq vurulub. Terrorçuların sığınacaqları, sursat anbarları yerlə yeksan edilib. O anlar lent yazılarında əks olunub.

   Əvvəlcə havadan F 16-lar, sonra qurudan mərmilər terror hədəflərini düzgün nişan alaraq vurub. Daha sonra terrorçuları zərərsizləşdirmək üçün qəhrəman Türkiyə əsgəri sərhədi keçib. O anları kameralar anbaan çəkib.

 Əsgərlər sevgi və alqışlarla sərhədə doğru hərəkət ediblər. Onlar terrorla mübarizə üçün Afrindədir.

  Hədəflər atəşə tutulub. Terrorçuların sığınacaq, məntəqə və sursat anbarları yerlə yeksan edilib.

  Baş Qərargah hədəflərin doğru nişan alınaraq vurulduğu anların görüntülərini paylaşıb. Bu görüntülərdə Afrində terrorçuların sursat anbarı kimi istifadə etdiyi tunelin vurulduğu an da kameraya əks olunub: Türkiyə Silahlı Qüvvələrinə aid təyyarənin bir silah anbarını atəşə tutduğu görünür.  

  Pilotların yüksək uğurları ortadadır.

  Saatlar keçdi. Qurudan da hərəkat başlandı. Türkiyə əsgəri Azad Suriya Ordusu ilə birlikdə hərəkətə keçdi.

  Zirehli maşınlar, xüsusi qüvvələr və piyadaların Afrinin mərkəzinə doğru irəliləməsi davam edir.