Çinin Sincan-Uyğur muxtar bölgəsindəki Günəş Qurbangahına məxsus qalıqlar

Çinli arxeoloqlar Sincan- Uyğur muxtar bölgəsində  gün işığına çıxarılan tarixi dövrə məxsus qalıqların üç min il əvvələ aid olduğunu təsdiqlədilər. Arxeoloqlar Çində etnik azlıq olan Monqolların hələ də istifadə etdiyi ənənəvi çadırları ilə günəş qurbangahı arasında əlaqə olduğunu da aşkarlayıblar. Arxeoloqlar tarixi İpək yolunun tarixi sirrlərilə daha çox əlaqə ortaya çıxarmaq üçün qurbangahdakı fəaliyyətləri davam etdirəcəklərini açıqlayıblar.