"Bollywood" ulduzu Əmir Xan Türkiyədə

  Çəkdiyi və çəkildiyi filmlərlə milyonları arxasınca aparan, “Bollywood”un məşhur ulduzu Türkiyə Hava Yolları ilə İstanbula gəldi.

  Türkiyədə olmaqdan məmnuniyyət duyduğunu bildirən Əmir Xan (Amir Khan) İstanbulda Türkiyənin kino ulduzlarıyla görüşmək istədiyini və baş rolunu oynadığı son filminin təqdimatını edəcəyini deyib.

  Məşhur Hindistan kino ulduzunu Atatürk Hava Limanında geniş kütlə heyranlıqla qarşılayıb, avtoqraf alıb və şəkil çəkdiriblər.