Srebrenitsa qurbanları Potoçari Abidə Məzarlığına gətirildi

  Srebrenitsa soyqırımında həyatını itirən 35 qurbanın cəsədini aparan yük maşını Visiko şəhərindən çıxdı. 

  Çiçək və dualarla yola salınan maşın Potoçari Abidə Məzarlığına çatdı.

  Cəsədlər Potoçaridə, müharibə zamanı Birləşmiş Millətlər Təşkilatı bazasında xidmət edən hollandiyalı hərbçilərin qərargah kimi istifadə etdikləri köhnə akkumulyator zavodunda yerləşdirildi.

  Müharibədən sonra itkin düşənləri tapmaq üçün başlanılan işlərdə kütləvi məzarlıqda kimlikləri araşdırılıb müəyyən olunan qurbanlar hər il 11 iyulda Potoçari Abidə Məzarlığında keçirilən mərasimlə torpağa tapşırılır. Bu il torpağa tapşırılan 35 qurbandan ən gəncinin 16, ən yaşlısının 71 yaşı olduğu müəyyənləşib.

  Builki mərasimlə Potoçari Abidə Məzarlığında uyuyan qurbanların sayı 6610 olur.