Türkiyә İranda törәdilәn terror aktını qınadı

Türkiyә  İslam İnqilabı Keşikçilər Korpusunun üzvlәrini daşıyan avtobusa tәşkil edilәn hücumu qınadı.

Türkiyә İranda törәdilәn terror aktını qınadı

 

Türkiyә  İslam İnqilabı Keşikçilər Korpusunun üzvlәrini daşıyan avtobusa tәşkil edilәn hücumu qınadı.

Türkiyә Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘İslam İnqilabı Keşikçilər Korpusunun üzvlәrini daşıyan avtobusa tәşkil edilәn hücum nәticәsindә çox sayda adamın hәlak olması vә yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Bu xain hücumu qınayır, hücum nәticәsindә hәlak olanlara Allahdan rәhmәt, xәsarәt alanlara şәfa dilәyirik. İran xalqına vә hökumәtinә dәrin hüznlә başsağlığı veririk’’.

İranın Sistan-Bəlucistan bölgəsində törədilən terror aktı zamanı 23 әsgәr hәlak olub, 13 әsgәr dә yaralanıb.

Terror aktına görə məsuliyyəti “Ceyşul-Ədl” qruplaşması öz üzərinə götürüb.



Әlaqәli Xәbәrlәr