Suriya məsələsi ilə bağlı yaradılan işçi qrup fəaliyyətini davam etdirəcək

Türkiyə Suriya məsələsi ilə bağlı yaradılan işçi qrupun fəaliyyətini davam etdirməsinin tərəfdarıdır.

Suriya məsələsi ilə bağlı yaradılan işçi qrup fəaliyyətini davam etdirəcək


 Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama yaydı.

Açıqlamada Astana danışıqlarında Türkiyə, Rusiya və İranla yanaşı Birləşmiş Millətlər Təşkilatının iştirakı ilə zorla saxlanılan, və ya qaçırılan şəxslərin azadlığa buraxılması, meyitlərin mübadiləsi və itkin düşən şəxslərin aqibətinin müəyyən olunması məsələləri ilə bağlı yaradılan işçi qrupunun hazırladığı ikinci layihənin həyata keçirildiyi bildirilir.

Açıqlamada layihə çərçivəsində Suriyada müxalif qruplar və rejim tərəfindən saxlanılan bəzi şəxslərin qarşılıqlı təhvilinin baş tutduğu qeyd edilir, işçi qrupun fəaliyyətini  qarşıdakı dövrdə də davam etdirəcəyi vurğulanır.
 
  Qeyd edək ki, bu gün, Türkiyə, Rusiya və İran arasında fevralın 14-də Soçidə  keçiriləcək zirvə görüşü ərəfəsində Türkiyə və Rusiyanın zəmanəti ilə Bab rayonunun cənubunda, cəbhə xəttində yerləşən Əbu Zindin bölgəsində hər tərəfdən 20 nəfər olmaqla, saxlanılan şəxslərin qarşılıqlı dəyişdirilməsi həyata keçirilib.
 
 Rejim qüvvələri müxalifətin tələbi ilə 20 nəfərdən başqa 2 uşağı da azadlığa buraxıb.
 
 İşçi qrupunun "pilot layihəsi" kimi səciyyələndirilən simvolik mübadiləyə dair qərar  zəmanətçi ölkələrin 30-31 iyul tarixlərində Soçidə keçirilən 10-cu toplantısında qəbul edilmişdi.
 
 İlk mübadilə 24 noyabr 2018-ci ildə baş tutmuş, hər tərəfdən qarşılıqlı olaraq 10 nəfər azadlığa buraxılmışdı.
 
Məlumatlara görə, Əsəd rejiminin həbsxanalarında ən azı 500 min nəfər saxlanılır.
 
Saxlanılan şəxslərin qarşılıqlı dəyişdirilməsi Türkiyənin humanitar diplomatiya fəaliyyəti çərçivəsində atdığı addımlar nəticəsində həyata keçirilib.



Әlaqәli Xәbәrlәr