Rәcәb Tayyib Әrdoğan sabah Soçiyә sәfәr edәcәk

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Suriya ilә bağlı keçirilәcәk üçtәrәfli  zirvә görüşündә iştirak etmәk üçün sabah Rusiyanın Soçi şәhәrinә sәfәr edәcәk.

Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, Әrdoğan Soçidә Rusiya Federasiyasının prezidenti Vladimir Putin vә İran prezidenti Hәsәn Ruhaninin iştirakı ilә keçirilәcәk üçtәrәfli zirvә görüşünә qatılacaq.

Zirvә görüşündә Suriya böhranının hәll edilmәsi üçün göstәrilәn sәylәr nәzәrdәn keçirilәcәk.

Prezident Ərdoğanın  həmkarları ilә ayrı-ayrılıqda keçirəcəyi görüşlərdə ikitәrәfli münasibәtlәr vә regional mәsәlәlәr dә müzakirә olunacaq.

Әlaqәli Xәbәrlәr