Mövlud Çavuşoğlu ikitәrәfli görüşlәr keçirib

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Litvanın  Avropa Şurasının baş katibliyinә namizәdi Andrius Kubilius ilә görüşüb.

Mövlud Çavuşoğlu ikitәrәfli görüşlәr keçirib

 

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Litvanın  Avropa Şurasının baş katibliyinә namizәdi Andrius Kubilius ilә görüşüb.

Mәlumata görә, görüş İstanbulda baş tutub. Görüşdә şuranın gündәmindәki mәsәlәlәr müzakirә olunub. Mövlud Çavuşoğlu hәmçinin Kubiliusa uğurlar arzulayıb.

Qeyd edәk ki,  Mövlud Çavuşoğlu Macarıstanın  Xarici İşlər və Xarici Ticarət naziri Piter Siyyarto ilə dә görüşüb.

Görüşdә iki ölkә arasındakı münasibәtlәr vә gündәmdәki  aktual mәsәlәlәr müzakirә olunub.

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu daha sonra Sudanın nümayәndә heyәti ilә dә bir araya gәlib.

Görüşdә Türkiyә vә Sudan arasındakı siyasi vә iqtisadi әlaqәlәr әtrafında fikir mübadilәsinin aparıldığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr