Hulusi Akar Yunanıstanın müdafiə naziri ilə görüşdü
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Yunanıstanın Müdafiə naziri Evangelos Apostolakis ilə görüşdü.

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısında Türkiyəni təmsil edir.
Milli Müdafiə naziri burada ikitərəfli görüşlər keçirir.
Milli Müdafiə Nazirliyindən verilən məlumatda Akarın Yunanıstan Müdafiə naziri Evangelos Apostolakisilə görüşdüyü bildirilir.
Görüşdə iki ölkə arasında mövcud əlaqələr müzakirə olunub.
Məlumatda deyilir: "Görüşdə qonşu və müttəfiq ölkələr olaraq texniki işçi qruplarının yaradılması və bu qrupların təhlükəsizlik tədbirləri daxil olmaqla, müəyyən məsələlər üzərində işləməsi ilə bağlı razılıq əldə olunub".
Türkiyə Milli Müdafiə naziri daha sonra Monteneqro Müdafiə naziri Boskoviclə görüşüb.
NATO-nun daimi nümayəndəsi Basat Öztürk ilə də bir araya gələn Akar daha sonra Türk Hərbi Nümayəndəliyində (TMR) olub.